Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-13/2024 01.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, 25 dekabr 1986-cı ildə İran İslam Respublikasının Xoy şəhərində anadan olmuş, İran İslam vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxsn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 14 mart 2024-cü il tarixli 18000-01202/24 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 22:03-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına alma şirəsi yükü aparan, İran İslam Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş W57289143 nömrəli pasportun sahibi, xx.xx.1986-cı il təvəllüdlü Şəxsn idarə etdiyi 93AD831/93AD832 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində video çəkiliş aparmaqla yoxlanılmış, yoxlama zamanı İran İslam Respublikasının vətəndaşı Şəxsn idarə etdiyi 93AD831/93AD832 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən dolabdan 188 qutu (3760 ədəd) üzərində “Pall Mall GB Fıt” yazısı olan, 360 qutu (7200) üzərində “Cavallo” yazısı olan, yük nəqliyyat vasitəsinin qoşqusunun arxa aşağı hissəsində yerləşən dəmir profilin içərisindən isə 320 qutu (6400 ədəd) üzərində “Cavallo” yazısı olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilmişdir. Daha sonra ümumi sayı 868 qutu (17360 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 izahatında göstərilən xx.xx.2024-cü il tarixində “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən X3 məxsus bir yük nəqliyyat vasitəsi müayinə postuna yaxınlaşdığını, onunla şifahi söhbət apardığını, yük nəqliyyat vasitəsinə ümumi gömrük yoxlanışı etmək qərarına gəldiyini və yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən dolabdan 188 qutu (3760 ədəd) üzərində “Pall Mall GB Fıt yazısı olan, 360 qutu (7200) üzərində “Cavallo” yazısı olan, yük nəqliyyat vasitəsinin qoşqusunun arxa aşağı hissəsində yerləşən dəmir profilin içərisindən isə 320 qutu (6400 ədəd) üzərində “Cavallo” yazısı ümumilikdə 868 qutu (17360 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edildiyini və protokol əsasında götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi Şahid2 izahatında Şahid1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Məhkəmə iş üzrə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:03-də “Şahtaxtı” gömrük postu vasitəsilə alma şirəsi yükü ilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, İran İslam Respublikasının vətəndaşı, xx.xx.2022-ci il tarixdə verilmiş W57289143 nömrəli pasportun sahibi, xx.xx.1986-cı il təvəllüdlü Şəxsn idarə etdiyi 93AD831/93AD832 dövlət nömrə nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarət xəttində video çəkiliş aparmaqla yoxlanılmış, yoxlama zamanı İran İslam Respublikasının vətəndaşı Şəxsn idarə etdiyi 93AD831/93AD832 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən dolabdan 188 qutu (3760 ədəd) üzərində “Pall Mall GB Fıt” yazısı olan, 360 qutu (7200) üzərində “Cavallo” yazısı olan, yük nəqliyyat vasitəsinin qoşqusunun arxa aşağı hissəsində yerləşən dəmir profilin içərisindən isə 320 qutu (6400 ədəd) üzərində “Cavallo” yazısı olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilmişdir. Daha sonra ümumi sayı 868 qutu (17360 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli 264 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1196.40 (bir min yüz doxsan altı manat, qırx qəpik) manat müəyyən edilir, o cümlədən 188 qutu (3760 ədəd) üzərində “Pall Mall GB Fıt” yazıları olan İran İslam Respublikası istehsalı olan siqaretlər- 244.40 manat (188 qutu X 1.30 manat), 680 qutu (13600 ədəd) üzərində “Cavallo” yazıları olan İran İslam Respublikası istehsalı olan siqaretlər- 952.00 manatdır (680 qutu X 1.40 manat) İş materiallarında olan 14 mart 2024-cü il tarixli, 3-33-1200/2-000866/2024 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi ümumi sayı 868 qutu (17360 ədəd) olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretləri gömrük nəzarətindən gizlətməklə keçirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi sayı 868 qutu (17360 ədəd) olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi sayı 868 qutu (17360 ədəd) olan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilsin. Şəxsdən məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X4 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-13/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-13/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver