Məhkəmə qərarları › İş №3(111)-2/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-2/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-2/2021 06.01.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Kəngərli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi DYPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx xxxxxxx 2020-ci il tarixli məktubla Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İXP ******* nömrəli protokolda inzibati hadisənin baş verdiyi tarix və inzibati tənbeh vermə haqqında qərarın tarixi xx.xx.2019-cu il göstərilsə də, protokolun tərtib olunma tarixi xx.xx.2020-ci il göstərilmişdir. Həmçinin DİN-in veb portalından çıxarışda da İXP ******* nömrəli protokolun tarixi xx.xx.2020-ci il göstərilmişdir. Protokol tərtib edən vəzifəli şəxs qərardad qəbul etmədən materialı məktubla məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmayıb və təqdim edilmiş materiallar natamam olmaqla işə baxarkən tamamlamaq mümkün deyil. Ona görə də inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində olan xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar