Məhkəmə qərarları › İş №3(111)-2/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-2/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-2/2022 21.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Şərur rayon Xok kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Xok kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Raiq Ağayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 21 fevral 2022-ci il tarixli 010735 saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs Kəngərli Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(111)-165/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarı çıxarılmış və o, tutularaq Kəngərli Rayon İcra və Probasiya bölməsinə təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək, Kəngərli Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(111)- 165/2021 saylı icra sənədi ilə 5838,27 manat pulun X1 ödəməli olduğunu, indiyə kimi imkansızlıqdan həmin pulu ödəyə bilmədiyini, borc barədə icra məmurları tərəfindən dəfələrlə xəbərdar olunduğunu, gələcəkdə ayda 150 manat ödəyəcəyini göstərdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(111)-165/2021 saylı icra sənədinin, 05 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın, 05 yanvar 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və 21 fevral 2022-ci il tarixli aktın surətlərinə əsasən Şəxs 5838,27 manat pul məbləğinin alınaraq X1 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli, 2(111)-165/2021 saylı icra sənədinin, 05 yanvar 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın, 05 yanvar 2022ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və 21 fevral 2022-ci il tarixli aktın və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli 010735 №-li protokola hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunma müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar