Məhkəmə qərarları › İş №3(111)-23/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-23/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-23/2023 22.06.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, Kəngərli rayon Böyükdüz kəndində qeydiyyatda olan Şəxs barəsində Suraxanı Rayon DYPŞ-dan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsindən aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Kəngərli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Suraxanı Rayon DYPŞ-si tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 11 aprel 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 08 aprel 2023-cü il tarixli məktubla baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi inzibati xəta haqqında işi aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, protokola əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xətanı törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada barəsində protokol tərtib olunması barədə lazımi qaydada məlumatlandırılmamış və inzibati xəta haqqında protokolların surətlərinin inzibati xəta törətmiş şəxsə göndərilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Həmçinin protokol tərtib edən vəzifəli şəxs qərardad qəbul etmədən materialı məktubla məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, Şəxs z oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla işə baxarkən tamamlamaq mümkün deyil. Ona görə də inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon DYPŞ-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində olan 11 aprel 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon DYPŞ-yə geri qaytarılsın. Hakim: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar