Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-26/2023 19.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Xok kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Kəngərli rayon Xok kəndində yaşayan Şəxs haqqında Kəngərli Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Kəngərli Rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 19 iyul 2023-ci il tarixli 002505 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 07 iyul 2023-cü il tarixdə, saat 21:30 radələrində Kəngərli rayon Xok kəndində qonşusu Zərərçəkmiş şəxs Xok kəndində yerləşən evinin pəncərəsindən qanunsuz daxil olmaqla ona məxsus olan 86 (səksən altı) manat dəyərində paltarları gizli olaraq talamaqla oğurluq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 07 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində yaşadığı Kəngərli rayon Xok kəndində yerləşən evinin arxa tərəfində sipirtli içki qəbul etdiyini, həmin gün saat 21:30 radələrində qonşuluğunda yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evi boş olduğundan və həmin evdə yaşayış olmadığını bildiyindən evdən oğurluq etmək qərarına gəldiyini, həyətə daxil olduqdan sonra yaşayış evinin sağ tərəfində yerləşən pəncərənin qarşısına gəldiyini, pəncərəni əli ilə itələdiyini, lakin pəncərənin açılmadığını, sonradan digər pəncərəni əli ilə itələdiyini və pəncərənin açıldığını, pəncərədən içəri daxil olub evin içərisinə daxil olduqdan sonra sağ tərəfdə şkafın içərisindən iki ədəd qadın uzunqol köynəyi, iki ədəd qısaqol qadın köynəyi götürdüyünü, sonra şkafın qarşısında qadın paltarları olan paketin olduğunu gördüyünü, paketin içərisinə baxan zaman yeddi ədəd qadın paltarının olduğunu da gördüyünü, qeyd etdiyi paltarları götürərək daxil olduğu yerdən pəncərədən çıxıb evlərinə getdiyini, oğurladığı paltarları yaşadığı evin həyətində yerləşən yan damına qoyduğunu, səhərisi gün Zərərçəkmiş şəxs evindən oğurladığı paltarları, yeddi dəst qadın paltarını satmaq qərarına gəldiyini və Xok kəndində paltar mağazasında işləyən Elvin Əliyevə zəng vuraraq ona satılıq paltarların olduğunu bildirdiyini, paltarları mağazaya apardığını, lakin Elvinin həmin paltarları satılıq olmadığı üçün almadığını və paltarların mağazada qaldığını, təxminən 5-6 gün sonra polis əməkdaşlarının qonşusu Teymurgilin evinə gəldiyini və özünün də həyətə gələrək həmin evdən oğurluq etdiyini bildirdiyini, sonradan həmin paltarların Teymura qaytarıldığını, və əməlindən çox peşman olduğunu bildirərək bağışlanmasını məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs izahatında 2021-ci il tarixdən ailəsi ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getdiyini, 13 iyul 2023-cü il tarixdə yaşadığı Kəngərli rayon Xok kəndinə gəldiyini, axşam gec gəldiyindən atasıgildə qaldığını, 14 iyul 2023-cü il tarixdə saat 13:00 radələrində ona məxsus olan Xok kəndində yerləşən evinə getdiyini, evə daxil olanda uşaq otağının pəncərəsinin açıq olduğunu gördüyünü, otaqlara baxan zaman otaqdan üç ədəd kişi köynəyinin, dörd ədəd qadın köynəyinin olmadığını gördüyünü, başqa əşyaların yerində olmadığını bilə bilmədiyini, 2021-ci ildən yaşadığı evdən çıxdığından başqa hansı əşyaların oğurlandığını bilmədiyini, evindən oğurluq olduğunu bildiyindən bu barədə polisə məlumat verdiyini, sonradan 7 dəst qadın paltarının (pijama), 2 ədəd qısaqol qadın köynəyinin və 2 ədəd uzunqol qadın köynəyinin evindən oğurlandığının ona məlum olduğunu, polis araşdırmasından sonra həmin oğurlanmış paltarların ona qaytarıldığını, qonşusu olduğundan Şəxs şikayət və tələbinin olmadığını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilmiş X4 izahatında Xok kəndində geyim mağazası işlətdiyini, 08 iyul 2023-cü il tarixdə Xok kənd sakini Şəxs ona zəng edərək satılıq paltarların olduğunu və almağını təklif etdiyini, ona paltarların mağazaya gətirməsini dediyini, Məmmədhüseynin həmin paltarları mağazaya gətirdiyini, həmin paltarları satılası mal olmadığından almadığını, paltarları götürərək bibisinə göstərəcəyini, sonra isə ona məlumat verəcəyini bildirdiyini, bibisinin baxdıqdan sonra paltarları götürmədiyini və qaytarmağını dediyini, Məmmədhüseynə zəng edərək gəlib paltarlarını götürməsini söylədiyini, Məmmədhüseynin isə gəlib götürmədiyini, bir neçə gün qaldıqdan sonra paltarları mağazadan çölə həyətə atdığını, sonra polis əməkdaşlarının mağazaya gələrək həmin paltarların oğurluq olması barədə ona məlumat verdiklərini bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 698 nömrəli 18 iyul 2023-cü il tarixli ekspert arayışına əsasən qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan Muxtar Respublikasında) yerləşən mağazalarda, bazarlarda, yerli internet saytlarında və eləcədə Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, tədqiqata təqdim edilmiş tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 86,00 (səksən altı) manat müəyyən edilir. O cümlədən: - 01 dəst qablaşdırılması olmayan, içəri hissəsinə tikilmiş ağ parçanın üzərində “Made in Turkey” yazıları olan qadın paltarı (pijama) - 9,00 manat, 07 dəst - 63,00 (07 dəst x 9,00 manat); 01 ədəd qablaşdırılması olmayan, çəhrayı rəngli, boyun hissəsinə tikilmiş ağ parçanın üzərində “Made in Turkey” yazıları olan qısaqol qadın köynəyi - 4,00 manat; 01 ədəd ağ sellafonda qablaşdırılmış, sarı rəngli, boyun hissəsinə tikilmiş ağ parçanın üzərində “Made in Turkey” yazıları olan qısaqol qadın köynəyi - 5,00 manat; 01 ədəd qablaşdırılması olmayan boyun hissəsinə tikilmiş qara parçanın üzərində “Rose Points” yazıları olan uzunqol qadın köynəyi - 7,00 manat, 02 ədədi - 14,00 (02 ədəd x 7,00 manat). İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun 19 iyul 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs ona məxsus olan qablaşdırılması olmayan, içəri hissəsinə tikilmiş ağ parçanın üzərində “Made in Turkey” yazıları olan 07 dəst qadın paltarını (pijama); 01 ədəd qablaşdırılması olmayan, çəhrayı rəngli, boyun hissəsinə tikilmiş ağ parçanın üzərində “Made in Turkey” yazıları olan qısaqol qadın köynəyini; 01 ədəd ağ sellafonda qablaşdırılmış, sarı rəngli, boyun hissəsinə tikilmiş ağ parçanın üzərində “Made in Turkey” yazıları olan qısaqol qadın köynəyini; 02 ədəd qablaşdırılması olmayan boyun hissəsinə tikilmiş qara parçanın üzərində “Rose Points” yazıları olan uzunqol qadın köynəyi Kəngərli rayon Polis Şöbəsində təhvil almışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus dəyəri 86 manat təşkil edən geyim əşyalarını oğurlama yolu ilə talamaqla xırda talama inzibati xəta əməlini törətmişdir. Onun əməli iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tənbeh tədbiri təyin edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onların təqsirinin dərəcəsi məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati həbsinin əvvəli 19 iyul 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Şəxs X3 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərardan o, rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-26/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-26/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver