Məhkəmə qərarları › İş №3(111)-28/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-28/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-28/2024 04.06.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, ali təhsilli, işsiz, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 04 iyun 2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Pənahov X6 Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(111)-16/2020 saylı və Naxçıvan şəhər Məhkəməsinin Məhkəməsinin 12 mart 2024-ci il tarixli 2(078)-54/2024 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X7 izahatında Şəxs Kəngərli Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(111)-16/2020 saylı və Naxçıvan şəhər Məhkəməsinin Məhkəməsinin 12 mart 2024-ci il tarixli 2(078)-54/2024 saylı icra sənədlərinə əsasən "xxxx" ASC-yə 3697.58 manat və X4 1540 manat aliment borcu ödəməli olduğunu, icra sənədləri üzrə indiyə kimi ödəniş olmadığını, hazırda borclunun hər iki icra sənədi üzrə cəmi 5237.58 manat borcunun qaldığını, bu günədək müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə heç bir ödəmə etmədiyini, borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən borcun bu günə kimi qərəzli olaraq ödənilmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Kəngərli Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(111)- 16/2020 saylı icra sənədi ilə tələbkar "xxxx" ASC-yə 3697.58 manat və X4 1540 aliment borcu manat borcunun olduğunu, borcun ödənilməsi barədə icra məmurları tərəfindən xəbərdar olunduğunu, işsiz olduğundan borcunu ödəyə bilmədiyini, əgər ona vaxt verilərsə borcunu tezliklə ödəyəcəyini, əməlindən peşman olduğunu göstərərək bağışlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(111)-16/2020 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 27 aprel 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının, 27 aprel 2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, 18 aprel 2024-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətindən görünür ki, Şəxs 3697.58 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(078)-54/2024 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 18 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının, 18 mart 2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin, 18 aprel 2024-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətindən görünür ki, Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 04 iyun 2024-cü il tarixli 348 nömrəli arayışına əsasən Kəngərli Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(111)-16/2020 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar "xxxx" ASC-yə 3697.8 manat və Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2024-ci il tarixli 2(078)- 54/2024 saylı icra sənədi üzrə borclu Şəxs X4 1540 manat aliment borcu vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(111)-16/2020 saylı icra sənədinə, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 27 aprel 2020-ci il tarixli icraata başlamaq haqqında qərara, 27 aprel 2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə, 18 aprel 2024-cü il tarixli borcluya edilmiş xəbərdarlığa, Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2024-ci il tarixli 2(078)-54/2024 saylı icra sənədinə, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 18 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərara, 18 mart 2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişə, 18 aprel 2024-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətinə və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 12 (on iki) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 04 iyun 2024-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. X5 X9 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar