Məhkəmə qərarları › İş №3(111)-3/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-3/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-3/2021 10.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu xx.xx.1988-ci ildə Şərur rayon Kərki kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Yeni Kərki kəndində qeydiyyatda olan Şəxs haqqında Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 5376/2020 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək alimentin ödənilməsini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5376/2020 saylı icra sənədi üzrə borclu Şəxs X2 850 manat aliment borcu vardır. Lakin iş materiallarına əlavə olunmuş iş üzrə tələbkar X1 xx xxxxxx 2021-ci il tarixli ərizəsinə əsasən 2021-ci ilin fevral ayı daxil olmaqla Şəxs ona 850 manat aliment pulu ödəmişdir və heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə belə hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə materiallar üzrə icraata başlanıla bilməz. Həmçinin, iş materiallarına tələbin könüllü icrası haqqında bildiriş əlavə olunsa da bildirişin borcluya göndərilməsi barədə hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Ona görə də inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində olan xx xxxxxx 2021-ci il tarixli, 010733 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli Rayon İcra və Probasiya Bölməsinə geri qaytarılsın. Hakim Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar