Məhkəmə qərarları › İş №3(111)-31/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-31/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-31/2025 13.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Babək rayon Xıncab kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Xıncab kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Bayramov X4 Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)-167/2023 nömrəli icra sənədinin və Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025ci il tarixli 8i-350 nömrəli icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X7 izahatında Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)-167/2023 nömrəli icra sənədinə əsasən tələbkar X2 1000 manat aliment borcunun və Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025-ci il tarixli 8i-350 nömrəli icra qeydinə əsasən "xxxx" ASC-yə 15589 manat 81 qəpik kredit borcunun olduğunu, ödəniş etməsi barədə xəbərdar edildiyini, borclunun işləmədiyi üçün ödəyə bilməyəcəyini bildirdiyini, müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə heç bir ödəmə etmədiyini, borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən borcun bu günə kimi qərəzli olaraq ödənilmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)- 167/2023 nömrəli icra sənədinə əsasən tələbkar X2 1000 manat aliment borcunun və Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025-ci il tarixli 8i-350 nömrəli icra qeydinə əsasən "xxxx" ASC-yə 15589 manat 81 qəpik kredit borcunun olduğunu, borcu ödəməkdən imtina etmədiyini, lakin işləmədiyinə görə ödəyə bilmədiyini, nə vaxt işləyərsə, borclarını ödəyəcəyini və hərəkətlərindən isə peşman olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)-167/2023 nömrəli icra sənədinin və Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025-ci il tarixli 8i-350 nömrəli icra qeydinin, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 21 fevral 2023-cü il tarixli və 11 mart 2025-ci il tarixli icraata başlamaq haqqında qərarların, 21 fevral 2023-cü il tarixli və 11 mart 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin, 15 mart 2025-ci il tarixli “Borclunun axtarışı haqqında” qərarın surətlərindən görünür ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)- 167/2023 nömrəli icra sənədinə əsasən tələbkar X2 hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment ödənilməsi və Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025-ci il tarixli 8i-350 nömrəli icra qeydinə əsasən "xxxx" ASC-yə 15589 manat 81 qəpik kredit borcunun qaytarılması qət olunmuş, həmin icra sənədləri müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokola və borclunun izahatına əsasən borclu Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)-167/2023 nömrəli icra sənədinə əsasən tələbkar X2 1000 manat aliment borcu və Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025-ci il tarixli 8i-350 nömrəli icra qeydinə əsasən "xxxx" ASC-yə 15589 manat 81 qəpik kredit borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(078)-167/2023 nömrəli icra sənədinə, Kəngərli Rayon Notariat Ofisinin 10 mart 2025-ci il tarixli 8i-350 nömrəli icra qeydinə, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 21 fevral 2023-cü il tarixli və 11 mart 2025-ci il tarxli icraata başlamaq haqqında qərarlara, 21 fevral 2023-cü il tarixli və 11 mart 2025-ci il tarxli tələbin könüllü icrası haqqında bildirişlərə, 15 mart 2025-ci il tarixli “Borclunun axtarışı haqqında” qərara və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokola hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran halllar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən saat 15:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Şəxs X6 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar