Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-32/2023 25.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X3 iştirakı ilə 02 mart 1968-ci ildə Türkiyə Respublikasının Mardin şəhəri, Ömərli rayonunda anadan olmuş, Türkiyə Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 17 avqust 2023-cü il tarixli 18000-00577/23 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 20:50-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına pambıq lifinin tullantıları yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Mardin şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş U28173095 nömrəli pasportun sahibi, xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi 33ANJ971/33ANB916 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsi X-Ray rentgen baxış qurğusunda müəyyən edilmiş şübhəli təsvirlərin olduğu hissələrdən, yəni qoşqunun ön hissələrində yerləşən atma dəmir profillərdən ikisinin içindəki boşluqlardan ümumilikdə 11 ədəd külçə formasında və ümumilikdə 12 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlələr aşkar edilmişdir. Sonra yoxlamanın davamında yük hissəsində olan ehtiyat yük bağlayıcı kəmərlərin yerləşdiyi plastik qutunun içərisindən isə 2 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüş rəngli metal kütlə aşkar edilmiş və “İnnov X” adlı metal analizatoru vasitəsi ilə ilkin yoxlama zamanı həmin kütlələrin 98% gümüş olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş ümumi çəkisi 23.5 kq olan 11 ədəd külçə formasında və bağlamaları ilə birlikdə ümumi çəkisi 15.4 kq olan 14 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında olmaqla ümumilikdə 38.9 kq gümüşü rəngli metal kütlələr aşkarlanmış və hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülərək qablaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, tır sürücüsüdür, 2008-ci ildən beynəlxalq yük daşımaları ilə məşğuldur. Özbəkistanda olarkən oğlunun nişan məsrəflərini ödəmək üçün pulunu əvvəldən ödəmədən 15 min ABŞ dolları dəyərində gümüş almış, İstanbul şəhərində gümüş bazarında satmaq məqsədi ilə yola çıxmış, gömrükdə gümüşləri ondan alacaqlarından qorxaraq yük nəqliyyat vasitəsində gizlətmişdir. 03 avqust 2023-cü il axşam saatlarında Şahtaxtı gömrük postuna gəlmiş, nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş və həmin gümüşlər onun yük maşınından aşkar edilmiş və sənədləşdirilərək götürülmüşdür. Həmçinin Şəxs izahatında Özbəkistanda gümüşlərin alınmasında ona vasitəçilik etdiyinə görə tanımadığı bir nəfərə 400 ABŞ dolları verdiyini, aşkar edilən gümüşlərin ona aid olduğunu, ilk dəfədir ki, belə xəta törətdiyini, əməlindən peşman olduğunu, məhkəmənin ədalətinə inandığını bildirmiş və bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Heydər oğlu izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş inspektoru vəzifəsində çalışır, xx.xx.2023-cü il tarixində xidmətə olarkən axşam saatlarında HCVG 6032 markalı X-Ray rentgen baxış qurğusundan keçərkən şübhəli təsvirlərin görünməsi səbəbindən İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 33ANJ971/33ANB916 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirməyi qərarı almış, hal şahidlərinin iştirakı ilə yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamış, yoxlama zamanı qoşqunun ön hissələrindən sağ və sol tərəfindən atma dəmir profillərdən ikisinin içindəki boşluqlardan ümumilikdə 11 ədəd külçə formasında və ümumilikdə 12 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli, yük nəqliyyat vasitəsində qoşqunun arxasında yerləşən plastik qutunun içindən isə 2 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlə aşkar etmiş, ümumilikdə Şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən 38.9 kq gümüşü rəngli metal kütlələr qablaşdırılaraq götürülmüş, daha sonra müvafiq sənədlər tərtib etmiş, Şəxs və iştirakçılar tərəfindən həmin sənədlər imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 izahatında göstərmişdir ki, o, gömrük postunda fəhlə kimi çalışır, 03 avqust 2023-cü il axşam saatlarında gömrükdə olarkən, Şahtaxtı gömrük postunun əməkdaşı Mahin müəllim ona və fəhlə yoldaşı Şahid2 Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Mercedes” markalı yük nəqliyyat vasitəsini yoxlayacağını deyərək onların da orada hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Sonra onların iştirakı ilə yük maşınında yoxlama aparılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsindən dəmir profillərdən 11 ədəd külçə formasında, 12 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlələr və yükün arxasında yerləşən plastik qutunun içərisindən isə 2 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlə aşkar edilmiş, onların iştirakı ilə həmin kütlələr çəkilmiş, ümumilikdə həmin kütlələrin çəkisi 38.9 kq olmuşdur. Sonra isə həmin kütlələr qablaşdırılaraq götürülmüş və tərtib edilən sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında Şahid3 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iş üzrə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- 04 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş inspektoru Şahid1 Heydər oğlu tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:50-də “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına pambıq lifinin tullantıları yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Mardin şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş U28173095 nömrəli pasportun sahibi, xx.xx.1968-ci il təvəllüdlü Şəxs idarə etdiyi 33ANJ971/33ANB916 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yük nəqliyyat vasitəsi HCVG 6032 markalı X-Ray rentgen baxış qurğusundan keçərkən şübhəli təsvirlərin görünməsi səbəbindən iki nəfər hal şahidinin iştira kı ilə yoxlama keçirilmiş, yoxlama zamanı yük nəqliyyat vasitəsini qoşqunun ön hissələrində yerləşən atma dəmir profillərdən ikisinin içindəki boşluqlardan ümumilikdə 11 ədəd külçə formasında və ümumilikdə 12 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlələr aşkar edilmişdir. Sonra yoxlamanın davamında yük hissəsində olan ehtiyat yük bağlayıcı kəmərlərin yerləşdiyi plastik qutunun içərisindən isə 2 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında gümüşü rəngli metal kütlə aşkar edilmişdir və “İnnov X” adlı metal analizatoru vasitəsi ilə ilkin yoxlama zamanı həmin kütlələrin 98% gümüş olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş ümumi çəkisi 23.5 kq olan 11 ədəd külçə formasında və bağlamaları ilə birlikdə ümumi çəkisi 15.4 kq olan 14 ədəd üzəri falqa ilə örtülmüş bükümdə qırıntı halında olmaqla ümumilikdə 38.9 kq gümüşü rəngli metal kütlələr qablaşdırılaraq götürülmüşdür. 14 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4235-9/6096 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, ümumi kütləsi 36,946 kq olan metal kütlələrdən: - 22,931 kq kütləli, 11 ədəd düzbucaqlı formasında olan, gümüşü rəngli metal külçələr 990 əyarlı gümüşdən hazırlanmışdır; - 14,015 kq kütləli, müxtəlif formalı gümüşü rəngli metal kütlələr 990 əyarlı gümüşdən hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 41436,78 manat müəyyən edilir. O cümlədən: - 990 əyarlı gümüşdən hazırlanmış 22,931 kq kütləli, 11 ədəd müxtəlif ölçülü, düzbucaqlı formasında olan, gümüşü rəngli, üzərində cızıqlar və batıqlar olan, kustar üsulla hazırlanmış metal külçələr 26370,65 (22,931 kq x 1150) manat; - 990 əyarlı gümüşdən hazırlanmış 14,015 kq kütləli, müxtəlif formalı, gümüşü rəngli metal kütlələr (qırıntı şəklində) 15066,13 (14,015 kq x 1075) manatdır. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli, 3-33-1200/2-002896/2023 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 140 (yüz qırx) manat təşkil edir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs 03 avqust 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçərkən nəqliyyat vasitəsində ümumi kütləsi 36,946 kq təşkil edən gümüşdən hazırlanmış metal kütlələri gömrük nəzarətindən gizlin keçirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi kütləsi 36,946 kq təşkil edən gümüşdən hazırlanmış metal kütlələr müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi kütləsi 36,946 kq təşkil edən gümüşdən hazırlanmış metal kütlələr müsadirə edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-32/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-32/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver