Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-32/2024 10.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Şərur rayon Xok kəndində anadan olmuş, ailəli, 2 uşaq atası, ali təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Kəngərli RİH-də Humanitar Şöbəsinin müdirinin müavini vəzifəsində işləyən, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 28 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən və işə əlavə edilmiş sənədlərlərdən görünür ki, 06 iyun 2024-cü il tarixdə saat 19 radələrində Kəngərli rayon Xok kənd sakini Şəxs özünə məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobili ilə Xok kənd ərazisində adsız məhəllə yolu ilə hərəkətdə olan zaman sağ hərəkət zolağına dönmək istəyərkən yolu sol tərəfdən sağ tərəfə keçməkdə olan piyada Kəngərli rayon Yeni Kərki kənd sakini X9 ehtiyyatsızlıqdan vurmuş, nəticədə piyada Ə.Cəfərov aldığı bədən xəsarətləri ilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünün **-BD-*** dövlət qeydiyyat nişanlı “X13” markalı avtomobili ilə 06 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində Xok kənd mərkəzində yerləşən ərzaq mağazasından evə getmək üçün torpaqlı yolun sağ hərəkət zolağına dönmək istədiyini, avtomobili hərəkət zolağına döndərən zaman Əmirin sol tərəfdə olduğunu və onun əlində olan ərzaqların isə yerə töküldüyünü, avtomobilin tormoz sisteminə basaraq avtomobili dayandırdığını, avtomobildən yerə düşən zaman Əmirin sol ayağının daban nahiyəsindən xəsarət aldığından dərhal onu Kəngərli Rayon Mərkəzi Xəstəxanasına gətirdiyini, daha sonra yenidən müayinə üçün Naxçıvan Şəhər Mərkəzi xəstəxanasına apardığını, dəfələrlə onların ailəsinə getdiyini, yaxından maraqlandığını, zərərçəkmiş şəxsin heç bir şikayətinin olmadığını və hərəkətlərindən peşman olduğunu bildirərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 13 iyun 2024-cü il tarixli 1095 nömrəli ekspert rəyinə əsasən vətəndaş X8 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sol ayaq pəncəsinin əzilmiş yarası, sol daban nahiyəsində yara, sol diz qapağında sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də törənmələri inkar olunmur, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun müstəntiqi, polis kapitanı X2 24 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X1 yüngül xəsarət vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış HK-66/24 nömrəli materiallar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün qəbul edilmiş qərarın surəti Kəngərli Rayon Polis X10 Polis Qrupuna göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR DİN DYPİ QİTBŞ tərəfindən verilmiş AE864855 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Kəngərli rayon Xok kənd sakini Şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR DİN DYPİ QİTBŞ tərəfindən verilmiş BD551170 nömrəli X4 Şəhadətnaməsinin surətindən görünür ki, “X13” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Kəngərli rayon Xok kənd sakini Şəxsdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur . Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin mahiyyətinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilməmiş və ictimai təhlükəsizlik, şəxsin sağlamlığı əleyhinə olan inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-32/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-32/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver