Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-32/2025 20.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur rayon Qabıllı kəndində doğulmuş, orta təhsilli, müvəqqəti işsiz, Kəngərli rayonu Qabıllı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Cəfərov X2 Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(111)-13/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək aliment borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin rəisi X7 izahatında bildirdi ki, Kəngərli Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(111)-13/2024 saylı icra sənədinə əsasən iki uşağın saxlanması üçün X4 hər ay 340 manat aliment ödəməli olduğunu, müxtəlif vaxtlarda az miqdarda ödənişlər etdiyini, borclu Şəxs X4 hazırda 3530 manat borcunun olduğunu, Kəngərli Rayon İcra və Probasiya bölməsi tərəfindən borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən aliment borcları bu günə kimi qərəzli olaraq ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Kəngərli Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(111)-13/2024 saylı icra sənədi ilə iki uşağın saxlanması üçün X4 hər ay 340 manat aliment ödəməli olduğu halda icra sənədini qanuni olaraq icra etmədiyini, müxtəlif vaxtlarda ödəniş etsə də, bu barədə heç bir sənəd təqdim edə bilməyəcəyini, uşaqlarının ərzaq ehtiyaclarını qarşıladığını, lakin işləmədiyi üçün aliment borclarını ödəmədiyini, bugünkü tarixə sənədə görə 3530 manat aliment borcu olduğunu, borcun ödənilməsi barədə icra məmurları tərəfindən xəbərdar olunduğunu, hal-hazırda işləmədiyini, hərəkətlərindən peşman olmadığını, işləyərsə aliment borcunu ödəyəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(111)-13/2024 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 13 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının, 13 mart 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin, 10 iyun 2025-ci il tarixli borcluya edilmiş xəbərdarlığın surətindən görünür ki, Şəxs iki uşağın saxlanması üçün hər ay 340 manat aliment tutularaq X4 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş və borclu tərəfindən borcun bir hissəsi ödənilsə də, qalan 3530 manat borcu bu günə kimi qərəzli olaraq ödənilməmişdir. İş materiallarına əlavə olunmuş 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən Kəngərli Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(111)-13/2024 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X4 3530 manat borcu vardır. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarına və iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(111)-13/2024 saylı icra sənədinə, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 13 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərara, 13 mart 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə, 10 iyun 2025-ci il tarixli borcluya edilmiş xəbərdarlığa və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 20 iyun 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Şəxs X6 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-32/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-32/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver