Məhkəmə qərarları › İş №3(111)-33/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-33/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-33/2025 20.06.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Şərur rayon Qarabağlar kəndində doğulmuş, ali təhsilli, Yurtçu kənd tam orta məktəbində müəllim işləyən, Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 20 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 20 may 2025-ci il tarixdə işlədiyi Yurtçu kənd tam orta məktəbində Zərərçəkmiş şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Kəngərli rayon Yurdçu kənd tam orta məktəbində müəllim işlədiyini, məktəbdə onun barəsində şər və böhtan ifadələrlə protokol tərtib olunduğunu, onun da protokolu məktəbdə işləyən Könül müəlliməyə göstərdiyini, Könülün onu təhqir etdiyini, hətta döyməyə çalışdığını, aşağı mərtəbəyə enib Nazənin müəllimədən “əgər onun haqqında protokol tərtib olunursa, niyə Könül müəllimə barəsində də tərtib olunmur” deyə soruşduğunu, bu vaxt Fatmanın gəlib “ Öl ey, sən Könülü söymüsən” dediyini, halbuki heç bir söyüş işlədilmədiyini, ona bundan “sənə nə var” deyəndə Fatmanın “səni bu məktəbdə işləməyə qoymayacam” deyə cavab verdiyini, dərs dediyi sinfə getmək istəyəndə arxadan yetirib onu yerə yıxdığını, saçını yolub əlini dişlədiyini, məktəbdən çıxıb birbaşa polis şöbəsinə gəldiyini, hətta Fatmanın yolduğu saçını da polislərin deməsinə görə üstündən götürdüyünü, Fatmanın və şahidlərin danışdıqları, halların tamamilə yalan və şər-böhtan olduğunu, onun isə sadəcə özünü müdafiə etdiyini, başqa nəsə etmədiyindən əməlindən peşman olmadığını bildirmişdir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kənd tam orta məktəbində 2-ci saatda olan dərsinin başlamasını gözləyərkən Könül və Ofeliya müəllimənin mübahisə etdiklərini eşitdiyini, Ofeliya müəllimə əvvəllər də məktəbdə həm şagirdlərə, həm də müəllimələrə qaşı zorakılıq tətbiq etdiyindən bu barədə barəsində protokol tərtib olunduğunu, özünün də bu barədə izahat verdiyini, əvvəlcə Ofeliyanın onun barəsində şahidlik etməsini istədiyini, onun isə görmədiyi şeyə şahidlik edə bilməyəcəyimi bildirdiyini, həmin gün rəy bildirdiyi üçün Ofeliyanın ona və valideynlərinə qarşı təhqiramiz ifadələr işlədərək qarğış tökməyə başladığını, otaqdan çıxıb getdiyini, Şahid1 həmin gün məktəbdə pedoqoji şuranın iclasının keçiriləciyini və müəllimələrin iştirak etməli olduğunu dediyindən dərsi bitdikdən sonra müdiriyyət otağında oturub gözləməyə başladığını, sonra Ofeliyanın içəri girib onun haqqında nalayiq ifadələr işlədərək “səninlə məhkəmədə görüşəcəyik” dediyini, daha sonra qışqıraraq danışmağa və yenə ona qarğış tökməyə başladığını, yenə də ona və anasına qarşı nalayiq ifadələr işlətməyə davam etdiyini, Ofeliyaya cavab verməyə çalışdığını, daha sonra ona nalayiq bir ifadə işlədəndə özünün də “yaxşı elədim” deyib otaqdan çıxdığını, getmək istəyərkən koridorda Ofeliyanın arxadan ona hücum edərək qapıya çırpdığını, onu qapı ilə divarın arasında sıxışdıraraq çantayla başından vurmağa başladığını və saçını yolduğunu, yenə də ucadan nalayiq ifadələr işlətdiyini, məktəbdəki digər müəllimələrin səsini eşidərək gəlib onları ayırmağa çalışdıqlarını, amma Ofeliya qüvvətli olduğundan onun əlindən ayıra bilmədiklərini, onun da Ofeliyanın əlindən çıxmaq üçün məcbur qalıb əlini dişlədiyini, daha sonra müəllimələrin onları ayırdıqlarını, Ofeliyaya “məndən əl çək ay kaftar” dediyini, Ofeliyanı bağışlamaq, ya da onunla barışmaq istəmədiyini, Ofeliyanın “uzağı 300 manat cərimə olunaram” dediyini bildirərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kənd tam orta məktəbində kompüter sinfində Şahid2 və Şahid3 ilə birlikdə sənədləşmə işləri apararkən səs-küy eşidib dəhlizə çıxdıqda Fatma və Ofeliyanin bir-birlərinə qarşı təhqiramiz ifadələr işlədərək mübahisə etdiklərini gördüyünü, Ofeliyanın Fatmaya və valideynlərinə qarşı nalayiq ifadələr işlətdiyini, Fatma da ona cavab verib getməyə çalışanda Ofeliyanın arxadan onun saçından yapışdığını, Fatmanın da onun saçından tutduğunu, Fatmanı qapı ilə divarın arasına sıxışdırdığını, Fatmanın özünü müdafiə edə bilmədiyini, Pərvanə və Heyran müəllimə ilə birlikdə onları aralamağa çalışsalar da, bacara bilmədiklərini, bu zaman Fatma Ofeliyanın əlindən çıxmaq üçün onun əlini dişlədiyini, sonradan onları araladıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid2 izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kənd tam orta məktəbində kompüter sinfində Şahid1 və Şahid3 ilə birlikdə sənədləşmə işləri apararkən səs-küy eşidib dəhlizə çıxdıqda Fatma və Ofeliyanin mübahisə etdiklərini gördüyünü, Ofeliyanın Fatmanın ailəsini təhqir etdiyini, onları aralamağa çalışsalar da Ofeliyanın yenə sözlərinə davam etdiyini, Fatmanın da ona cavab verib getmək istəyərkən Ofeliyanın arxadan Fatmanın saçından yapışdığını, Fatmanın da onun saçından tutduğunu, Ofeliyanın onu buraxması üçün əlini dişlədiyini, daha sonra onları araladıqlarını bildirdi. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilən Şahid3 izahatında xx.xx.2025-ci il tarixdə Yurdçu kən tam orta məktəbində kompüter sinfində Şahid1 və Məmmədova müəllimə ilə birlikdə sənədləşmə işləri apararkən səs-küy eşidib sinifdən çıxdıqda Fatma ilə Ofeliyanın mübahisə etdiklərini gördüyünü, onları sakitləşdirmək istədiklərini, Ofeliyanın Fatmanın anasına qarşı təhqiramiz ifadələr işlətdiyini və Ofeliyanın arxadan hücum edib Fatmanın saçından yapışdığını, Fatmanın da onun saçından tutduğunu, sonra zorla da olsa, onları araladıqlarını bildirdi. İş materiallarına əlavə olunmuş Şəxs aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 23 may 2025-ci il tarixli 248 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlərhər iki bazusunda qançırlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 19 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən törədilən əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Kəngərli rayon Polis İdarəsinin İTB-nə göndərilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə iştirak edən şəxslərin və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 23 may 2025-ci il tarixli 248 nömrəli ekspert rəyi və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 20 may 2025-ci il tarixdə işlədiyi Yurtçu kənd tam orta məktəbində Zərərçəkmiş şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun xx.xx.1962-ci il təvəllüdlü olmaqla altmış yaşına çatdığını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar