Məhkəmə qərarları › İş №3(111)-35/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-35/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-35/2024 22.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Kəngərli Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Şərur rayon Qarabağlar kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Əsgərov X3 Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(111)-91/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin rəisi X7 izahatında Şəxs Kəngərli Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(111)-91/2024 saylı icra sənədinə əsasən X2 hər ay 390 manat aliment ödəməli olduğunu, icra sənədi üzrə indiyə kimi yalnız may ayı 200 manat ödəniş etdiyini, hazırda borclunun cəmi 1750 manat borcunun olduğunu, axtarışda olduğunu, 22 iyul 2024-cü il tarixdə Kəngərli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq Kəngərli Rayon İcra və Probasiya bölməsinə təhvil verildiyini, bu gün də ödəniş etməsi barədə xəbərdar edildiyini, borclunun işləmədiyi üçün ödəyə bilməyəcəyini bildirdiyini, müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə heç bir ödəmə etmədiyini, borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən borcun bu günə kimi qərəzli olaraq ödənilmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Kəngərli Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(111)- 91/2024 saylı icra sənədi ilə X2 üç uşağa görə hər ay 390 manat aliment ödəməli olduğunu, əvvəllər işlədiyini, həmin vaxt borcundan 200 manat ödədiyini, sonradan işdən çıxarıldığını, alimenti ödəməkdən imtina etmədiyini, lakin işləmədiyinə görə aliment borcunu ödəyə bilmədiyini, nə vaxt işləyərsə, alimenti ödəyəcəyini və hərəkətlərindən isə peşman olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(111)-91/2024 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 17 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın, 17 aprel 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin, 14 iyun 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın, 01 iyul 2024-cü il tarixli xəbərdarlığın surətlərindən görünür ki, Şəxs 23 fevral 2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 130 manat olmaqla cəmi 390 manat aliment tutularaq üç uşağın saxlanması üçün X2 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmiş, borclunun axtarışı barədə qərar qəbul olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 22 iyul 2024-cü il tarixli 598 nömrəli arayışına əsasən borclu Şəxs Kəngərli Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(111)-91/2024 saylı icra sənədi üzrə 1750 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(111)-91/2024 saylı icra sənədinə, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 17 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarına, 17 aprel 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə, 14 iyun 2024-cü il tarixli borclunun axtarışı haqqında qərara, 01 iyul 2024-cü il tarixli xəbərdarlığa və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokola hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 22 iyul 2024-cü il tarixdən saat 12:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Şəxs X6 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar