Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-37/2024 02.08.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuş, orta təhsilli, evli, “X7”ndə fəhlə işləyən, Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan Şəxs haqqında Kəngərli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Kəngərli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 02 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs 06 iyul 2024-cü il tarixdə Kəngərli rayon Qarabağlar kəndində gəlini Zərərçəkmiş şəxs döymə və sair zoraki hərəkətlərlə fiziki ağrı yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında evdə oturan zaman oğlu və gəlinin aralarında mübahisələrinin olduğunu, səs eşitdiyindən onların yanına getdiyini, bu vaxt gəlinin atası Cəlalın oğlu Ceyhuna hücum etdiyini gördüyünü, ona mane olduğunu, gəlininə heç bir xəsarət yetirmədiyini, buna görə də heç bir peşmançılığının olmadığını, zərərçəkmiş şəxslə barışdıqlarını bildirdi. İnzibati xəta nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında 06 iyul 2024-cü il tarixdə qayınatası Şəxs və əri Ceyhun tərəfindən döyüldüyündən Kəngərli Rayon Polis Şöbəsinə şikayət etdiyini, hazırda onlarla barışdıqlarını və heç bir şikayəti olmadığını, ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 08 iyul 2024-cü il tarixli 01 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- üst dodağında, üst dodağının selikli qişasında və sağ bazusunda qançırlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupuna ezam olunmuş təhqiqatçı, polis leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Kəngərli Rayon Qarabağlar kənd sakini Şəxs və Ceyhun Abdullayevin inzibati məsuliyyətə cəlb olunması üçün Kəngərli Rayon Polis X3 Bölməsinə göndərilmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, 06 iyul 2024-cü il tarixdə qayınatası Şəxs onu döydüyündən Kəngərli Rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda onlar barışmışlar və ondan heç bir şikayəti yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatlarına, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X4 08 iyul 2024-cü il tarixli 01 nömrəli ekspert rəyinə və Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat qrupuna ezam olunmuş təhqiqatçı, polis leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barədə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-37/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-37/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver