Məhkəmə qərarları › İş №3(111)-39/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-39/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-39/2023 07.09.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi X1, Kəngərli rayon Xıncab kəndində qeydiyyatda olan Şəxs barəsində Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsindən daxil olmuş, Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı işin baxılmağa hazırlanması zamanı Kəngərli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən 12 avqust 2023-cü il tarixli, 3-13-53/2-47683/2023 nömrəli məktubu ilə daxil olmuş, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında material Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-397/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərardadına əsasən iş üzrə materiallar Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, inzibati xəta haqqında iş və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar natamam olmaqla işə baxarkən tamamlamaq mümkün deyil. Ona görə də inzibati xəta haqqında iş və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati material nəzərdən keçirilərkən işdə hər hansı protokol və protokola aid heç bir sənəd aşkar edilməmiş və yalnız Bakı şəhəri Yasamal rayon məhkəməsinin14 iyul 2023-cü il tarixli 3(004)-3795/2023 saylı və Naxçıvan şəhər məhkəməsinin 28 avqust 2023-cü il tarixli 3(078)-397/2023-cü il tarixli qərardadları əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayət vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində olan inzibati xəta haqqında iş və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar