Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-4/2021 15.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Babək rayonu Böyükdüz kəndində anadan olmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Böyükdüz kəndində qeydiyyatda olan Şəxs haqqında Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Təmoyev X2 Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək alimentin ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək, Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədi ilə 2 uşağa görə hər ay 200 manat aliment ödəməli olduğunu, neçə ildir ki, Bakı şəhərində yaşadığını, aliment borcu barədə icra məmurları tərəfindən zəng edilərək xəbərdar olunduğunu, hazırda işsiz olduğunu, 2019-cu ilin dekabr ayından aliment pulunu ödəmədiyini, protokolda göstərilən qaydada aliment borclarının yarandığını, atasının rəhmətə getməsi və anasının isə xəstə olması, pandemiya dövründə işləyə bilmədiyi səbəbindən imkanının olmadığı üçün alimenti ödəyə bilmədiyini və əməlindən peşmançılıq çəkdiyini göstərdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədinin, xx xxxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın, xx xxxxxx 2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, Naxçıvan MR Ədliyyə Nazirliyi Kəngərli Rayon İcra və Probasiya bölməsinin xx xxxxxx 2021-ci il tarixli, 30 nömrəli arayışına və xx xxxx 2019-cu il tarixli borclunun axtarılması haqqında qərarın surətlərinə əsasən 2 uşağa görə Şəxs tərəfindən hər ay 200 manat aliment ödənilməli olması qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş və borclu tərəfindən aliment borcları ödənilməmişdir və haliyədə borclunun tələbkara 3250 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli icra sənədinin, xx xxxxxx 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın, xx xxxxxx 2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin və xx xxxx 2019cu il tarixli borclunun axtarılması haqqında qərarın surətinə hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunma müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-4/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-4/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver