Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-4/2023 26.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, iş üzrə tərcüməçi X1 iştirakı ilə, xx xxxx 1984-cü ildə İran İslam Respublikasının Shot şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 9 yanvar 2023-cü il tarixli 18000-00015/23 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixində saat 16:01 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına göyərti yükü aparan İran İslam Respublikasının vətəndaşı Shot şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş V58351757 nömrəli xarici pasportun sahibi, xx xxxx 1984-cü il təvəllüdlü Şəxs idarə etdiyi 18AB177/18AB178 dövlət nömrə nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsinin yoxlanış keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının yuxarı sol divarının konstruktiv boşluq hissəsindən 180 qutu (3600 ədəd) üzərində “Kent” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasını yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında işsiz olduğunu, “Şahtaxtı” gömrük postunda yüklərin nəqliyyat vasitələrinə doldurulub boşaldılması olduğu vaxt orada fəhləlik etdiyini, 03 yanvar 2023-cü il tarixində yük boşaltdığı zaman Firudin adlı gömrük əməkdaşı çəmi çağırdığını və İrandan gələn yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini deyərək hal şahidi kimi iştirak etməyimi xahiş etdiyini, daha sonra onunla birlikdə fəhləlik edən Habil adlı şəxsi də oraya hal şahidi kimi çağırdığını, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində sürücü tərəfdəki yan divarına gizlədilmiş 18 blok siqaret aşkar edildiyini, sonra həmin siqaretlər barədə sənədlər yazıldığını və imzaları ilə təsdiq etdiklərini bildiridi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında Şahid1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- 9 yanvar 2023-cü il tarixli 18000-00015/23 nömrəli inzibati xəta haqqında protokola əsasən İran İslam Respublikasının vətəndaşı Shot şəhər sakini, xx.xx.2022-ci il tarixində verilmiş V58351757 nömrəli xarici pasportun sahibi, xx xxxx 1984-cü il təvəllüdlü Şəxs idarə etdiyi 18AB177/18AB178 dövlət nömrə nişanlı, “DAF XF480FT” markalı yük nəqliyyat vasitəsinin yoxlanış keçirilmiş, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin kabinində sürücü oturacağının yuxarı sol divarının konstruktiv boşluq hissəsindən 180 qutu (3600 ədəd) üzərində “Kent” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər aşkarlanaraq götürülmüşdür. 09 yanvar 2023-cü il tarixli 10 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində İran İslam Respublikasının aksiz markası olan, istifadəyə yararlı vəziyyətdə (daşınma, saxlanma zamanı fiziki aşınmaya məruz qalmamış, səthləri bütöv və əzilmə, kəsilmə halları müşahidə olunmamış) “Kent” blue 8 markalı qalın siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 360 (üç yüz altmış) manat müəyyən edilir, o cümlədən bir qutu (20 ədəd) “Kent” blue 8 markalı qalın siqaretin orta bazar qiyməti – 2.00 manat, 180 qutu – 2.00 manat X 180 qutu = 360 (üç yüz altmış) manatdır. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli, 101-015/0xx-xx/000040 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs 09 yanvar 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi 180 qutu “Kent” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretləri gömrük əməkdaşlarına bəyan etmədən, gömrük nəzarətindən gizlətməklə keçirmək istəmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 180 qutu (3600 ədəd) üzərində “Kent” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 180 qutu (3600 ədəd) üzərində “Kent” yazısı olan İran İslam Respublikasının aksiz markası ilə markalanmış siqaretlər müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-4/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-4/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver