Məhkəmə qərarları › İş №3(111)-40/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-40/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-40/2023 27.09.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Kəngərli rayon İcra və Probasiya Bölməsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, orta təhsilli, Uber şirkətində sürücü işləyən, Kəngərli rayonu Yurdçu kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 27 sentyabr 2023-cü il tarixli 015851 saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Əliyev X3 Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(111)-141/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli rayonu İcra və Probasiya Bölməsinin icra məmuru X4 izahatında bildirdi ki, Kəngərli Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(111)-141/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 1880.20 manat borcunun olduğunu, 1880.20 manat borcundan əvvəllər işlədiyi yer üzrə əmək haqqından 410 manat tutulub ödənildiyini, Kəngərli Rayon İcra və Probasiya bölməsi tərəfindən 11 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərar 11 oktyabr 2021-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş, 29 avqust 2023-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətinin Şəxs rəsmi göndərildiyini, lakin borclu tərəfindən borcun bir hissəsi ödənilsədə qalan 1508.20 manat borcu bu günə kimi qərəzli olaraq ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Kəngərli Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli icra sənədi ilə tələbkar "xxxx" ASC-yə 1880.20 manat borcunun olduğunu, 1880.20 manat borcundan əvvəllər işlədiyi yer üzrə əmək haqqından 410 manat tutulub ödənildiyini, sonra işləmədiyinə və səhlənkarlıq etdiyinə görə borcunun qalan hissəsini ödəmədiyini, borcun ödənilməsi barədə icra məmurları tərəfindən xəbərdar olunduğunu, hal-hazırda işlədiyini, şirkətə qayıdandan sonra hər ay 100 manat ödəyəcəyini, əməlindən peşman olduğunu göstərərək bağışlanmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(111)-141/2021 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 11 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının, 11 oktyabr 2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, 29 avqust 2023-cü il tarixli borcluya edilmiş xəbərdarlığın surətindən görünür ki, Şəxs 1888.20 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borcun bir hissəsi ödənilsədə qalan 1508.20 manat borcu bu günə kimi qərəzli olaraq ödənilməmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 27 sentyabr 2023-cü il tarixli 753 nömrəli arayışına əsasən Kəngərli Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(111)-141/2021 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar "xxxx" ASC-yə 1508.20 manat borcu vardır. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarına və iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(111)-141/2021 saylı icra sənədinə, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 11 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına, 11 oktyabr 2021-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə, 29 avqust 2023cü il tarixli borcluya edilmiş xəbərdarlığa və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli 015851 nömrəli inzibati xəta haqqında protokola hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 27 sentyabr 2023-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Şəxs X5 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar