Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-41/2024 20.08.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Şərur rayon Qarabağlar kəndində doğulmuş, orta təhsilli, işsiz, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Əsgərov X4 Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(111)- 148/2022 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(110)-450/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru X5 izahatında Şəxs Kəngərli Rayon Məhkəməsinin 14 iyul 2022ci il tarixli, 2(111)-148/2022 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(110)-450/2023 saylı icra sənədlərinə əsasən X3 1620 manat, "xxxx" ASC-ə isə 1192 manat borcunun olduğunu, borcu ödəmədiyini, axtarışda olduğunu, 20 avqust 2024-cü il tarixdə Kəngərli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq Kəngərli Rayon İcra və Probasiya bölməsinə təhvil verildiyini, bu gün də ödəniş etməsi barədə xəbərdar edildiyini, borclunun işləmədiyi üçün ödəyə bilməyəcəyini bildirdiyini, müxtəlif bəhanələr gətirərək icra sənədi üzrə heç bir ödəmə etmədiyini, borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən borcun bu günə kimi qərəzli olaraq ödənilmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əməlini etiraf edərək Kəngərli Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(111)- 148/2022 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(110)-450/2023 saylı icra sənədlərinə əsasən X3 1620 manat, "xxxx" ASC-ə isə 1192 manat borcunun olduğunu, əvvəllər sement zavodunda işlədiyini, 420 manat əmək haqqı aldığını, həmin vaxt aliment borcunu hər ay ödədiyini, 2023-cü ilin sentyabr ayından işdən çıxarıldığını, sonra Bakı şəhərində moykada işlədiyini, gündəlik 10-15 manat əməkhaqqı aldığını, həmin puldan kirayə haqqına, yeməyinə xərclədiyindən borcunu ödəyə bilmədiyini, iş axtardığını, əgər işləyərsə borcunu ödəyəcəyini və hərəkətlərindən peşman olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(111)-148/2022 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(110)-450/2023 saylı icra sənədlərinin, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 04 iyul 2023-cü il tarixli və 23 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarların, 04 iyul 2023-cü il tarixli və 23 avqust 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin, 08 fevral 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın, 10 aprel 2024cü il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, Şəxs 03 iyul 2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 160 manat olmaqla cəmi 320 manat aliment tutularaq iki uşağın saxlanması üçün X3 ödənilməsi və 2280,08 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət olunmuş, həmin icra sənədləri müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə xəbərdarlıq olunmuş və borclu tərəfindən borclar qərəzli olaraq ödənilməmiş, borclunun axtarışı barədə qərar qəbul olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 20 avqust 2024-cü il tarixli 794 nömrəli arayışına əsasən borclu Şəxs Kəngərli Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(111)-148/2022 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(110)-450/2023 saylı icra sənədlərinə əsasən X3 1620 manat, "xxxx" ASC-ə isə 1192 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına və iş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(111)- 148/2022 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(110)-450/2023 saylı icra sənədlərinə, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 04 iyul 2023-cü il tarixli və 23 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarlarına, 04 iyul 2023-cü il tarixli və 23 avqust 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərə, 08 fevral 2024-cü il tarixli borclunun axtarışı haqqında qərara, 10 aprel 2024-cü il tarixli xəbərdarlıqlara və Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* nömrəli protokola hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən saat 15:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Şəxs X7 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-41/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-41/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver