Məhkəmə qərarları › İş №3(111)-47/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-47/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-47/2023 06.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs nümayəndəsi X3 iştirakı ilə, “Naxçıvan MR Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Şəxs” (bundan sonra Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş 20 oktyabr 2023-cü il tarixli 18000-01064/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş protokola əsasən VÖEN nömrəsi **********, hüquqi adresi Kəngərli rayon Qıvraq kəndi olan “Naxçıvan MR Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Şəxs”nin ünvanına “FTR**********022” nömrəli invoys əsasında idxal edilmiş elektron avadanlıqlar yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, həmin yük xx.xx.2023-cü il tarixində saat 17:19-da 76AT130/76DF128 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin qeyd edilən yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixində saat 19:09-da verlmiş və bununla da qanunvericiliyin tələblərini pozulduğu müəyyən edilmişdir. Bununla da “Şəxs” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 18000-01064/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 izahatında qısa idxal bəyannaməsi üçün lazım olan vəsaitin yanlış hesabdan silindiyini, həmin yanlış hesabdan silinmənin onlara gec məlum olduğunu, onlara məlum olduqda isə artıq nəqliyyat vasitəsinin ölkə ərazisinə giriş etdiyini və bu səbəblərə görə də ünvanlarına gələn elektron avadanlıqları yükünə dair elektron qaydada qısa idxal bəyənnaməsini vaxtında təqdim etmədiklərini, gömrük idarəsi tərəfindən tərtib olunmuş protokola heç bir etirazının olmadığını bildirərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”-indən çıxarışdan görünür ki, “Naxçıvan MR Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Şəxs”nin adına 76AT130/76DF128 nömrəli yük nəqliyyat vasitəsində “FTR**********022” nömrəli invoys əsasında daxil olan “elektron avadınlıqları” yükü xx.xx.2023-cü il tarixində saat 17:19-da Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postu vasitəsilə ölkə ərazisinə gətirilmiş, lakin qeyd edilən yük üçün hüquqi şəxs tərəfindən elektron formada qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixində saat 19:09-da verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ““Naxçıvan MR Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Şəxs”nin ünvanına idxal edilmiş elektron avadanlıqlar yükü “Sədərək” gömrük postunu keçmiş, lakin həmin yükə dair qısa idxal bəyannaməsi tərtib olunmamış və bununla da qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməli işdə iştirak edən şəxsin izahatı, iş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə tam sübuta yetir və düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar