Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-49/2023 13.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X3 iştirakı ilə 26 sentyabr 1996-cı ildə Türkiyə Respublikasının Mardin şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 27 oktyabr 2023-cü il tarixli 18000-01094/23 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 19:29-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “iplik” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Mardin şəhər sakini, xx.xx.2023-cü il tarixində verilmiş U32139028 nömrəli pasportun sahibi, xx.xx.1996-cı il təvəllüdlü Şəxs idarə etdiyi 33TA941/47ACB171 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı X-Ray rentgen baxış qurğusunda müəyyən edilmiş şübhəli təsvirlərin olduğu hissələrdən, yəni qoşqunun ön hissəsində yerləşən dördbucaq dəmir profilin içindəki boş yanacaq qabının altında ümumi çəkisi 14.7 kq olan 5 ədəd külçə formasında gümüşü rəngli metal kütlələr aşkar edilmişdir. Sonra yoxlamanın davamında yük nəqliyyat vasitəsinin enerji mənbəyinin yanında isə çəkisi 7.8 kq olan 5 ədəd külçə formasında gümüşü rəngli metal külçələr aşkar edilmişdir və “İnnov X” adlı metal analizatoru vasitəsi ilə ilkin yoxlama zamanı həmin kütlələrin 98% gümüş olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş ümumi çəkisi 22.5 kq olan külçə formasında gümüşü rəngli metal kütlələr qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, təxminən 1 ay əvvəl Türkiyənin Mardin şəhərindən “uşaq bezi” yükünü yükləyib Özbəkistanın Taşkənd şəhərinə apardığını və yükü ora boşaltdıqdan sonra iplik yükünü Türkiyənin İstanbul şəhərinə aparmaq üçün yüklədiyini, sonra parkda olarkən tanımadığı özbək vətəndaşı ona yaxınlaşaraq 10 ədəd külçə formasında gümüş olduğunu və bunu İstanbula aparıb-apara bilməyəcəyini soruşduğunu, apara biləcəyi təqdirdə 300 dollar ödəniş edəcəyini dediyini və onun da yeni doğulan uşağı olduğu və pula ehtiyacı olduğu üçün bununla raşılaşdığını, 10 ədəd külçə formasında olan gümüşü idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısının ön hissəsinə və onun yanında yerləşən bataryanın üstünə qoyaraq gizlətdiyini, daha sonra yola düşdüyünü və xx.xx.2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikasının Poldəşt gömrüyündən keçərək Azərbaycan Respublikasının ərazisinə giriş etdiyini, Şahtaxtı gömrük postunda sənədlərini gömrük məmuruna verdikdən sonra nəqliyyat vasitəsi ilə yoxlanış üçün X-Ray yoxlamasına girdiyini, sonra gömrük əməkdaşlarının gələrək nəqliyyat vasitəsini kənara çəkib gözləməyini istədiklərini, bir az sonra idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə onu anbara apardıqlarını, daha sonra gömrük əməkdaşlarının ilk olaraq ondan nəqliyyat vasitəsində bəyan edilməli və ya gizlədilmiş hər hansı bir predmetin olub-olmamasını soruşduqlarını, onun da heç nə olmadığını söylədiyini, sonra gömrük əməkdaşlarının nəqliyyat vasitəsini yoxlamağa başladığını, qoşqunun ön hissəsində yerləşən dördbucaq dəmir profilin içindəki boş yanacaq qabının altından və yoxlamanın davamında yük nəqliyyat vasitəsinin enerji mənbəyinin yanında gizlətdiyi gümüşləri aşkar edərək onun yanında çəkib, çəkisinin 22.5 kq olduğunun məlum olmasını və orada bəzi sənədlərin yazılaraq ona imzaladıldığını bildirdi. Həmçinin Şəxs izahatında ilk dəfədir ki, belə xəta törətdiyini, əməlindən peşman olduğunu, məhkəmənin ədalətinə inandığını bildirmiş və bağışlanmasını xahiş etmişdir. Məhkəmə iş üzrə şahidlərin izahatlarını nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- 06 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid3 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:29-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “iplik” yükü aparan Türkiyə Respublikasının vətəndaşı, Mardin şəhər sakini, xx.xx.2023-cü il tarixində verilmiş U32139028 nömrəli pasportun sahibi, xx.xx.1996-cı il təvəllüdlü Şəxs idarə etdiyi 33TA941/33ACB171 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi yoxlama zamanı HCVG 6032 markalı X-Ray rentgen baxış qurğusundan keçərkən şübhəli təsvirlərin görünməsi səbəbindən iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirilmiş, yoxlama zamanı X-Ray rentgen baxış qurğusunda müəyyən edilmiş şübhəli təsvirlərin olduğu hissələrdən yəni qoşqunun ön hissələrində yerləşən dördbucaq dəmir profilin içindəki boş yanacaq qabının altında ümumi çəkisi 14.7 kq olan 5 ədəd külçə formasında gümüşü rəngli metal kütlələr aşkar edilmişdir. Sonra yoxlamanın davamında yük nəqliyyat vasitəsinin enerji mənbəyinin yanında isə çəkisi 7.8 kq olan 5 ədəd külçə formasında gümüşü rəngli metal kütlə aşkar edilmişdir və “İnnov X” adlı metal analizatoru vasitəsi ilə ilkin yoxlama zamanı həmin kütlələrin 98% gümüş olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş ümumi çəkisi 22.5 kq olan külçə formasında olan gümüşü rəngli metal kütlələr qablaşdırılaraq götürülmüşdür. 24 oktyabr 2023-cü il tarixli 6/5367-9/7717 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 ədəd gümüşü rəngli metaldan, müxtəlif ölçülü, düzbucaqlı formalı kütlə - metalı 999,9 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 22,55 kiloqramdır, qırıntı hesab olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 10 ədəd, 999,9 əyarlı, 22,55 kq olan, düzbucaqlı formasında olan, gümüşü rəngli, kustar üsulla hazırlanmış gümüşün qırıntı kimi xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 27060,00 manat müəyyən edilir. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli, 3-33-1200/2-003773/2023 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs 06 oktyabr 2023-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçərkən nəqliyyat vasitəsində ümumi kütləsi 22.55 kq təşkil edən gümüşdən hazırlanmış metal kütlələri gömrük nəzarətindən gizlin keçirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tələbləri həmin şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:- 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin inzibati xəta törədərkən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi kütləsi 22.55 kq təşkil edən gümüşdən hazırlanmış metal kütlələr müsadirə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan ümumi kütləsi 22.55 kq təşkil edən gümüşdən hazırlanmış metal kütlələr müsadirə edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-49/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-49/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver