Məhkəmə qərarları › İş №3(111)-50/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-50/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-50/2025 06.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X10 Sadət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Şərur rayon Şahtaxtı kəndində doğulmuş, evli, orta təhsilli, müvəqqəti işsiz, Kəngərli rayonu Şahtaxtı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Seyidov X8 Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(038)-05/2025 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməyərək aliment borcun ödənilməsini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Kəngərli Rayon İcra və Probasiya Bölməsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Yardımlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(038)-05/2025 saylı icra sənədinə əsasən bir uşağın saxlanması üçün X2 uşaqları X1 üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,5 misli miqdarında aliment ödəməli olduğunu, müxtəlif vaxtlarda az miqdarda ödədiyini, borclu Şəxs X2 hazırda 1997 manat borcunun olduğunu, Kəngərli Rayon İcra və Probasiya bölməsi tərəfindən borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən aliment borcları bu günə kimi qərəzli olaraq ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Yardımlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(038)-05/2025 saylı icra sənədi ilə iki uşağın saxlanması üçün X2 uşaqları X1 üçün hər ay sonrakı arımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,5 misli miqdarında aliment ödəməli olduğu halda icra sənədini icra etmədiyini, Fəranə Şabıyevadan əvvəl də evli olduğunu, ona da aliment ödədiyini, əlavə olaraq bankdan kredit götürüb qaytara bilmədiyinə görə oradanda borcunun yarandığını, haliyədə 100 (bir yüz) manat ödədiyini, işləmədiyindən aliment borclarını ödəmədiyini, bugünkü tarixə 1997 manat aliment borcu olduğunu, borcun ödənilməsi barədə icra məmurları tərəfindən xəbərdar olunduğunu, halhazırda da işləmədiyini, möhlət verilsə belə, aliment borcunu ödəyə bilməyəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş Yardımlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(038)-05/2025 saylı icra sənədinin, Kəngərli Rayon İcra və Probasiya bölməsinin 07 mart 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının, 07 mart 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə edilmiş 11 avqust 2025-ci il tarixli xəbərdarlığın, inzibati məsuliyyətə cəlb edilməsi barədə edilmiş 15 sentyabr 2025-ci il və 03 oktyabr 2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs bir uşağın saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,5 misli miqdarında aliment tutularaq X2 ödənilməsi qət olunmuş, həmin icra sənədi müvafiq qaydada icraya yönəlmiş, borcluya borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq olunmuş və borclu tərəfindən borcun 320 manat ödənilsə də, qalan 1997 manat borcu bu günə kimi qərəzli olaraq ödənilməmişdir. İş materiallarına əlavə olunmuş 06 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokola əsasən Yardımlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(038)-05/2025 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X3 1997 manat borcu vardır. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarına, Kəngərli Rayon İcra və Probasiya Bölməsi tərəfindən tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs olunma müddətinin əvvəli 06 oktyabr 2025-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Şəxs X9 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar