Məhkəmə qərarları › İş №3(111)-56/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-56/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-56/2024 11.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi v.m.i.e Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, 10 aprel 1987-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan Baş Gömrük İdarəsindən məhkəməyə daxil olmuş Şəxsn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli 18000-01856/24 nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 11:36-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Serbiya Respublikasına “pvc” yükü aparan İran İslam Respublikasının vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş F55374252 nömrəli xarici pasportun sahibi, xx.xx.1987-ci il təvəllüdlü Şəxsn idarə etdiyi 80AA655/80AA656 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısının sol tərəfində yerləşən yanğınsöndürmə qutusunun içərisindən 60 qutu (1200 ədəd) üzərində “Kent” yazısı olan, yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən sandığının içərisindəki gizli bölmədən 210 qutu (4200 ədəd) üzərində “Pall Mall” yazısı olan və 57 qutu (1140 ədəd) üzərində “Kent” yazısı olan ümumilikdə 327 qutu (6540 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı Gömrük postunun böyük inspektoru gömrük xidməti kapitanı Şahid1 izahatında xx.xx.2024-cü il tarixində “Şahtaxtı” gömrük postunda giriş istiqamətində nəqliyyat vasitələrinin müayinəsi xəttində xidmətdə olarkən təxminən səhər saat 12 radələrində İran İslam Respublikasından tranzit giriş edən həmin ölkəyə məxsus 80AA655/80AA656 dövlət qeydiyyat nişanlı, “Renault” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətinə gəldiyini, sürücü ilə şifahi söhbət apardığını, yük nəqliyyat vasitəsinə baxış keçirməyə başladığını yük nəqliyyat vasitəsinin dartıcısının sol tərəfində yerləşən yanğınsöndürmə qutusunun içərisindən 60 qutu (1200 ədəd) üzərində “Kent” yazısı olan, yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən sandığının içərisindəki gizli bölmədən 210 qutu (4200 ədəd) üzərində “Pall Mall” yazısı olan və 57 qutu (1140 ədəd) üzərində “Kent” yazısı olan ümumilikdə 327 qutu (6540 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar etdiyini və sürücünün də iştirakı ilə qablaşdırılaraq götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı Gömrük postunun inspektoru şahid Səfərov X2 Zülfü Malik oğlu ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid1 tərəfindən tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş video-görüntülərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:36-da “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Serbiya Respublikasına “pvc” yükü aparan İran İslam Respublikasının vətəndaşı, xx.xx.2021-ci il tarixdə verilmiş F55374252 nömrəli xarici pasportun sahibi, xx.xx.1987-ci il təvəllüdlü Şəxsn idarə etdiyi 80AA655/80AA656 dövlət qeydiyyat nişanlı, “Renault T480” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində video çəkiliş aparılmaqla yoxlanılmış, yoxlama zamanı həmin yük nəqliyyat vasitəsinin dartıcısının sol tərəfində yerləşən yanğınsöndürmə qutusunun içərisindən 60 qutu (1200 ədəd) üzərində “Kent” yazısı olan, yük nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən sandığının içərisindəki gizli bölmədən 210 qutu (4200 ədəd) üzərində “Pall Mall” yazısı olan və 57 qutu (1140 ədəd) üzərində “Kent” yazısı olan ümumilikdə 327 qutu (6540 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2024-cü il tarixli 1388 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 394.80 (üç yüz doxsan dörd manat, səksən qəpik) manat müəyyən edilir, o cümlədən 01 qutu (20 ədəd) “Kent” markalı siqaretin orta bazar qiyməti - 1.40 manat, 117 qutu- (1.40 manat X 117)=163,80 (bir yüz altmış üç) manat, 01 qutu (20 ədəd) “Pall Mall” markalı siqaretin orta bazar qiyməti - 1.10 manat, 210 qutu- (1.10 manat X 210)=231.00 (iki yüz üç) manatdır. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli, 3-33-1200/2-004144/2024 nömrəli məktubun qeyd hissəsindən görünür ki, maddi sübutlar məhkəmə tərəfindən barəsində müvafiq qərar qəbul edilənədək Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılır. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2024-cü tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının” 2.1.10-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş 200 ədəd siqaret (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə keçərkən nəqliyyat vasitəsində gizlətdiyi ümumilikdə 327 qutu (6540 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretləri gömrük nəzarətindən gizlətməklə keçirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 327 qutu (6540 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilməlidir. İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan və Naxçıvan Baş Gömrük İdarəsinin “Maddi sübutların saxlanc otağı”nda saxlanılan 327 qutu (6540 ədəd) Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlər müsadirə edilsin. Şəxsdən məhkəmə məsrəfi hesab olunan 40 (qırx) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142330, büdcə səviyyəsinin kodu 2, X4 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar