Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-58/2024 19.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X4 Ədalət oğlunun sədrliyi, X1 qızının iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş, xx.xx.1998-ci ildə Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, subay, orta təhsilli, işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2024-ü il tarixdə Kəngərli rayon Xok kənd sakini Zərərçəkmiş şəxs ilə ***- ***-**-** mobil nömrədən əlaqə saxlayaraq, kəndlər arası futbol oynamağı təklif edərək onu aldadaraq özünün kart hesabına ümumilikdə 151 manat pul köçürülməinə nail olmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında və verilən suallara cavabında 29 noyabr 2024-cü il tarixdə Barış adlı şəxsə məxsus olan mobil nömrəyə zəng vurduğunu, həmin şəxsə futbol meydançasının haqqının 50 manat olduğunu bildirdiyini və 25 manat Barışın, 25 manatını da onların verəcəklərinin dediyini, Barışın da onunla razılaşdığını, kartının şəklinin at, 25 manat pul göndərim dediyini, onun da ***-***-**-** mobil nömrənin Whatsapp ani mesajlaşma platformasından Barışa məxsus olan ***-***-**- ** mobil nömrəsi özünə məxsus olan **********557302 nömrəli Kapital Banka məxsus olan kartının şəklinin göndərdiyini, 2-3 dəqiqə sonra ona məxsus olan karta 25 manat pul köçürdüyünü, 01 dekabr 2024-cü il tarixdə saat 20:00-da Babək rayon Nehrəm qəsəbəsində yerləşən mini stadion adlı yerdə futbol oynuyacaqlarını, lakin komanda yoldaşları oynamadıqları üçün onun Barışa zəng vuraraq danışarıq dediyini, onun göndərdiyi 25 manat pulu geri qaytarmasını onun da Barışa azpulmarta 125 borcu olduğunun dediyini, ona 125 manat pul göndərə bilərsən” ora olan borcunu ödəycəyini, yenidən kredit götürüb ona olan 150 manat borcunu ödəyəcəyini, Barışın da onunla razılaşdığını, ona məxsus olan **********557302 nömrəli Kapital Bank kartına 125 manat pul göndərdiyini, Azpulmarta olan borcunu bağladığını, lakin gecikmişi olduğundan ona yenidən kredit vermədiklərini, onun da Barışa zəng vuraraq azpulmarta gecikməsi olduğundan ona kredit vermədiklərini bildiridiyini, ona 1 həftə-10 gün vaxt verməsini istədiyini, ona olan 150 manat borcunu geri ödəyəcəyini, səhhəti ilə əlaqədar olaraq ödəməli olduğu pulu geri ödəyə bilmədiyi üçün şikayət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında və verilmiş suallara cavabında 29 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində mobil telefonuna ***-***-**- ** mobil nömrəsindən zəng gəldiyini, telefonu açdığını, tanımadığı şəxsin Nehrəmdən Polad olduğun bildirdiyini, ona onlarla futbol oynamaq istədiklərini dediyini, Babək rayon Nehrəm qəsəbəsində yeni futbol meydançası açıldığını, orada oynaya biləcəklərini, onun da razılaşdığını, həmin şəxsin ona 30 noyabr 2024-cü il tarixdə saat 20:00-da oyunlarının başlayacağını dediyini, daha sonra həmin şəxsin meydançanın saatının 50 manat olduğunu bildirdiyini və ona məxsus olan bank kartına 25 manat pul göndərməyini, onun da razılaşdığını, ona zəng vurduğu mobil nömrənin “Whatsapp” ani mesajlaşma platformasından özünə məxsus olan **********557302 nömrəli bank kartını göndərdiyini, sabahsı gün Poladın ona zəng vuraraq komanda yoldaşları Türkiyəyə getdikləri üçün oyunlarının qaldığını, haçan istəsə başqa vaxt oynaya biləcəklərini, onun da “Problem yoxdu, başqa vaxt oynayarıq” dediyini, amma onun pulunu kartına göndərməsini istədiyini, onun da kartını at göndərim dediyini, kartı göndərdiyini, lakin Poladın pulunu geri göndərmədiyini, ona dəfələrlə zəng etsə də zənginə cavab vermədiyini, bir müddət sonra “Whatsapp" ani mesajlaşma platforması vasitəsi ilə mesaj yazaraq “Kartım bloka düşüb, Kapital banka gedirəm kartımı düzəltdirəm sənin pulunu göndərəm” dediyini, bir neçə saat sonra yenidən 'Whatsapp’’ anı mesajlaşma platforması vasitəsi ilə səs göndərərək kartının blokdan çıxması üçün 41 manat pul lazım olduğunu, “Pulu göndər açılsın” dediyini, onun da 41 manat pulu onun kartına göndərdiyini, daha sonra kartın blokdan çıxmadığını bildirdiyini və ondan 60 manat yenidən göndərməyini istədiyini, onun da onun kartına yenidən 60 manat göndərdiyini, sabahsı gün ona “Whatsapp” ani mesajlaşma platforması vasitəsi ilə pulunun göndərməsini istədiyini, Poladın ona kartın açılması üçün 25 manat lazım olduğunu dediyini, onun da ona məxsus olan karta 25 manat yenidən göndərdiyini, Poladın kartın blokdan çıxmadığını bildirdi gün ərzində kartının blokdan çıxacağını və ona göndərdiyi 151 manat pulu geri göndərəcəyini vəd etdiyini, lakin ona göndərdiyi pulları geri qaytarmadığını, bundan sonra aldadıldığını başa düşdüyünü, polisə şikayət edəcəyini ona dediyini, onun isə şikayət etsən pul görməyəcəksən dediyini, məcbur qalıb polisə şikayət etdikdən sonra polis şöbəsində dəymiş ziyanın ödətdirildiyini, icraat aparılan şəxslə barışmadığını bildirmiş və onun barəsində məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarizli ərizədən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən Şəxs məlumatlarından görünür ki, o Naxçıvan MR Babək Rayon Məhkəməsinin 1(079)-2/2024 nömrəli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə şərti məhkum olunmuş, hazıra sınaq müdəti müddəti başa çatmamışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından qeyd olunan maddə ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli şəxsin tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Kəngərli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(111)-58/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-58/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver