Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-7/2023 09.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Şərur rayon Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Kəngərli Rayon Qaz İstismar idarəsində qaynaqçı vəzifəsində işləyən, evli, Kəngərli Rayon Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Kəngərli Rayon Polis Şöbəsindən daxil olmuş 26 yanvar 2023-cü il tarixli, 008363 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə yaşadığı evdə Türkiyə istehsalı olan 16 kalibrli ”Teksan” markalı, yivsiz odlu ov silahını qanunsuz əldə edərək saxlamışdır. Qeyd olunan faktla əlaqədar Kəngərli Rayon Polis Şöbəsinin İQ-nun baş müstəntiqi, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2023cü il tarixli qərarı əsasında Kəngərli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X6 tərəfindən 26 yanvar 2023-cü il tarixli, 008363 nömrəli nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ondan aşkar edilib götürülmüş silahı 1994-cü ildə Türkiyə Respublikasında yaşayarkən aldığını, sonradan gətirib evə qoyduğunu, bugünədək evində saxladığını və ondan istifadə etmədiyini, həmin silahı sənədləşdirmədiyini və qeydiyyata aldırmadığını, evində otaqda şkafın içində saxladığını, 26 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən həmin bir ədəd ov silahını götürdüklərini, törətdiyi əmələ görə peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında 26 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən onu və həmkəndlisi Şahid2 hal şahidi kimi dəvət edərək Qıvraq qəsəbə sakini Şəxs evinə baxış keçirildiyini və evində balaca bir otaqda şkafın içərisindən bir ədəd təklülə ov silahının aşkar edilib götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında Şahid1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. İş materiallarında olan Kəngərli Rayon Polis Şöbəsinin İQ-nun baş müstəntiqi, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs məxsus yaşayış evinin uşaq otağında yerləşən üç gözlü şkafın gözündən 01 ədəd Türkiyə istehsalı olan 16 kalibrli ”Teksan” markalı, təklülə, yivsiz odlu ov silahı müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün həmin silah xx.xx.2023-ci il tarixdə Kəngərli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş, silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, ”Teksan” markalı, xarici çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Kəngərli Rayon Polis Şöbəsinin 26 yanvar 2023-cü il tarixli aktından görünür ki, həmin tarixdə Şəxs aşkar edilmiş bir ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, ”Teksan” markalı, xarici çaxmaqlı, təklüləli yivsiz ov silahı Kəngərli Rayon Polis X4 silah-sursatın saxlama otağına təhvil verilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, ”Teksan” markalı, xarici çaxmaqlı, təklüləli yivsiz ov silahını qanunsuz olaraq əldə edərək saxlamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir . Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi 26 yanvar 2023-cü il tarixli, 008363 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 590.2-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olduğunu və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Kəngərli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, ”Teksan” markalı, xarici çaxmaqlı, təklüləli yivsiz ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs aşkar edilərək götürülmüş və Kəngərli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, ”Teksan” markalı, xarici çaxmaqlı, təklüləli yivsiz ov silahı müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №3(111)-7/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-7/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver