Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-8/2021 08.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rаyon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, xx.xx.1975-ci ildə Şərur rayonu Qabıllı kəndində anadan olmuş, Kəngərli rayonu Qabıllı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması məqsədilə nəzərdən keçirərək müəyyən etdim: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün xx xxxx 2021-ci il tarixli məktubla Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 517-2.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin protokol müəyyən olunmuş müddət ərzində işə baxmağa səlahiyyəti olan orqana göndərilməmişdir. Ona görə də inzibati xəta əməlinin törədilmiş hesab olunduğu gündən, yəni, xx.xx.2020-ci il tarixdən 3 aydan çox müddət keçdiyi üçün inzibati xəta törətmiş şəxsə inzibati tənbeh verilə bilməz və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara aid edilmişdir və bu xarakterli inzibati xətalara görə törədildiyi gündən ən geci üç ay keçənədək inzibati tənbeh verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökümət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökümət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.0 və 53.0.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 106, 109, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №3(111)-8/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-8/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver