Məhkəmə qərarları › İş №3(111)-9/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №3(111)-9/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 3(111)-9/2021 12.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Kəngərli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq xx xxxx 2021-ci il tarixli məktubla Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx xxxxx 2021-ci il tarixli 3(078)49/2021 nömrəli qərardadla aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər araşdırılarkən bir sıra nöqsanlar aşkar olunmuşdur. Ona görə də belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, protokola əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati xəta törətmiş, lakin inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin inzibati xətanı törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada barəsində protokol tərtib olunması barədə məlumatlandırılmamış və inzibati protokolun surətinin inzibati xəta törətmiş şəxsə göndərilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda protokol tərtib edən vəzifəli şəxs qərardad qəbul etmədən materialı məktubla məhkəməyə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə materiallar düzgün tərtib olunmayıb və təqdim edilmiş materiallar natamam olmaqla işə baxarkən tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 127-ci maddəsinə əsasən Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 118-ci maddəsini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində olan xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar