Məhkəmə qərarları › İş №3(111)-9/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərar — İş №3(111)-9/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qıvraq qəsəbəsi İş № 3(111)-9/2023 09.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, Kəngərli rayon Qarabağlar kəndində yaşayan Şəxs haqqında Kəngərli Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Kəngərli Rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 09 fevral 2023-ci il tarixli 008366 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 02 fevral 2023-cü il tarixdə, saat 12.30 radələrində Kəngərli rayon Qarabağlar kəndi ərazisində çöllük sahədən Naxçıvan MR Energetika Xidmətinə məxsus uzunluğu 139 metr olan elektrik naqilini oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 02 fevral 2023-cü il tarixdə saat 12 radələrində Qarabağlar kəndində özünə məxsus avtomobili ilə çöllük ərazidən keçərkən elektrik dirəyinin yanında olan üç top elektrik naqilini gördüyünü, həmin naqili gizli olaraq götürüb satmaq üçün avtomobilinə qoyduğunu və oradan uzaqlaşdığını, Çalxanqala kənd mərkəzinə gəldiyini, orada polis əməkdaşlarının onun maşınına yaxınlaşıb maşınında olan elektrik naqilinin haradan aldığını soruşduqlarını, aydınlıq gətirilməsi üçün polis şöbəsinə dəvət etdiklərini, törətdiyi əməli etiraf etdiyini və əməlindən çox peşman olduğunu bildirdi. İş üzrə zərərçəkmiş şəxs Naxçıvan MR Energetika Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmışdır. İnzibati xəta haqqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Rəfael oğlu və Şahid1 məzmunca eyni izahatlar verərək Kəngərli Rayon Polis şöbəsində polis nəfəri işlədiklərini, 02 fevral 2023-cü il tarixdə Çalxanqala kəndində post-patrul xidmətində olarkən kənd mərkəzinə ağ rəngli, pekap Vaz 2104 markalı avtomobilin gəlib dayandığını, maşının arxasında topa halında elektrik naqillərini gördüklərini, yaxınlaşıb maşının sürücüsü Qarabağlar kənd sakini Şəxs həmin naqillərin haradan aldığını soruşduqlarını, cavabında Ramilin elektrik naqilini çöldə tapdığını, oğurluq olması barədə şübhələndiklərindən onu polis şöbəsinə dəvət etdiklərini bildirdilər. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 129 nömrəli 08 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş nümunə əsasında üç topadan ibarət halqa formasında ümumilikdə 139 metr olan elektrik naqilinin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 194.60 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun 09 fevral 2023cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, o, Naxçıvan MR Energetika Xidmətinə məxsus dəyəri 194.60 manat təşkil edən elektrik naqilini oğurlama yolu ilə talamaqla xırda talama inzibati xəta əməlini törətmişdir. Onun əməli iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tənbeh tədbiri təyin edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onların təqsirinin dərəcəsi məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə inzibati xəta törədən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati həbsinin əvvəli 09 fevral 2023-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Şəxs X2 çatdırılıb, təhvil verilməsi Kəngərli Rayon Polis şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Kəngərli Rayon Polis şöbəsində saxlanılan uzunluğu 139 metr olan elektrik naqili Naxçıvan MR Energetika Xidmətinə qaytarılsın. Qərardan o, rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar