Məhkəmə qərarları › İş №3(125)-1/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1/2025 10.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, məhkəmə qərarına əsasən Şəxs 16031 manat X2, 7280 manat X1, 1029 manat "xxxx" Ltd MMC-yə ödənilməlidir. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 13:00-a təyin edilmiş, həmin məhkəmə iclasında borclu Şəxs borcu ödəmək üçün vaxt istəmiş və məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 11:00-a təxirə salınmışdır. Şəxs təyin olunmuş məhkəmə iclaslarında iştirak etmədiyi üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-105/2024 saylı qərarına əsasən Gəncə Şəhər Məhkəməsinin inzibati binasına məcburi qaydada gətirilməsi qərara alınmış, lakin Şəxs məhkəməyə təqdim edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-105/2024 saylı qərarına əsasən Şəxs məhkəməyə gətirilməsi mümkün olmadığından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-105/2024 saylı qərarına əsasən onun barəsində axtarış elan edilərək işin icraatı dayandırılmışdır. İnzibati xətanın törədildiyi xx.xx.2024-cü il tarixdən 1 (bir) il keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsinə baxılması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1/2025 saylı qərarına əsasən iş üzrə icraat təzələnmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən 1 (bir) il müddət keçmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar