Məhkəmə qərarları › İş №3(125)-10/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-10/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-10/2023 20.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Sənani Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək onun 405 manat pulunu ələ keçirmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam şəkildə ödədiyini və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 ərizə göndərərək bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar