Məhkəmə qərarları › İş №3(125)-10/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-10/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-10/2025 13.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Göygöl rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X14 protokol və xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. O, bu qərardan məhkəməyə şikayət vermiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilərək, qərar ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və X14 iş yenidən baxılması üçün Göygöl rayon Polis Şöbəsinə göndərilmişdir. Bundan sonra, heç bir əsas olmadan Göygöl rayonu Polis Şöbəsinin polis mayoru X13 tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək, o, Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Halbuki, o, heç bir qayda pozuntusu etməmişdir. Qərarda qeyd edilir ki, guya o, xx.xx.2024-cü il tarixdə saat 14:00-də Göygöl rayonu, Yeni Qızılca kəndində VAZ 2106 minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozmuş, yol nişanlarının tələblərinə riayət etməmişdir. O, həmin ərazinin video-çəkilişini məhkəməyə sübut kimi təqdim edir. O, yol nişanlarının tələblərini heç vaxt pozmur və həmin tarixdə də belə bir pozuntuya yol verməmiş, nə də yolayrıcının keçmə qaydalarını pozmamışdır. Hazırkı iş üzrə məhkəmə-avtotexniki ekspertizası keçirilərsə onun təqsirli olmadığı sübuta yetirilər. Ona məlum olmayan səbəbdən hadisə üzrə düzgün araşdırma aparmadan, onu X14 iş üzrə təqsirli şəxs kimi tanımaqla qeyri-qanuni qərar qəbul etmişdir. Ona görə də, Göygöl rayonu Polis Şöbəsinin polis mayoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X7 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, hazırda 06 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə tanış oldu və ekspert rəyi nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 11 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Göygöl rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X5 inzibati tənbeh vermə haqqında qərar onun tərəfindən qəbul edildiyini, həmin qərarın tam, hərtərəfli araşdırıldığını və qanuni, əsaslı qərar qəbul edildiyini bildirdi. Buna görə də X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Göygöl rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 8/2822 nömrəli ekspert rəyindən görünür ki, VAZ-2106 markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21154 markalı, **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “X15" Azərbaycan Respublikası qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və "X15 Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X14 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X15” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X2 rayonu Yeni Qızılca kəndi ərazisində xx.xx.2024-cü il tarixdə VAZ 2106 minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X3 şikayətində qeyd etmişdir ki, o, heç bir qayda pozuntusu etməmiş, o, yol nişanlarının tələblərini heç vaxt pozmur və həmin tarixdə də belə bir pozuntuya yol verməmiş, nə də yolayrıcının keçmə qaydalarını pozmamışdır. Hazırkı iş üzrə məhkəmə-avtotexniki ekspertizası keçirilərsə onun təqsirli olmadığı sübuta yetirilər. Bununla da inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Buna görə də qəbul olunmuş qərarın əsassız və qanunsuz olduğunu bildirmişdir. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan, X14 iş üzrə təyin edilərək əldə edilmiş ekspert rəyindən və iş materiallarında olan digər sənədlərdən aydın şəkildə görünür ki, qeyd olunan inzibati xəta X7 tərəfindən törədilmişdir və qərar qəbul etmək səlahiyyətinə malik olan səlahiyyətli orqan (vəzifəli şəxs) qanuni və əsaslı qərar qəbul etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X14 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X14 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və ekspert rəyi ilə tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Göygöl rayon Polis X1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Göygöl rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar