Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-100/2022 13.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN BNMİ Qərb Bölgəsi üzrə Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X4 izahat verərək bildirmişdir ki, 12 iyul 2022-ci il tarixdə saat 16:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən Şəxs Gəncə şəhəri Atatürk prospekti 24 ünvanının yaxınlığında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmişdir. Orada Şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 0,089 qram psixotrop maddə-metamfetamin aşkar edilmiş, sonuncu həmin metamfetamini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona görə də onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində olan zaman polis əməkdaşları onu saxlamış və narkotik vasitə saxlanılmasında şübhəli olduğu üçün BNMİ-nin QBRŞ-nə aparmışlar. Orada onun üzərinə keçirilən baxış zamanı üzərində psixatrop maddə-metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitəni o, vağzaldan tapdığını və öz istifadəsi üçün saxladını, ildə bir necə dəfə narkotik vasitədən istifadə etdiyi bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, xəstə anasına baxdığını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:30-da qanunsuz olaraq satış məqsədi olmadan psixotrop maddə - metamfetamin əldə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, şübhəli şəxs Şəxs həmin tarixdə 16:30-da tutulmuşdur. - 13 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 12 iyul 2022-ci il tarixdə saat 16:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, satmasında və üzərində saxlamasında şübhəli bilinən Şəxs Gəncə şəhəri, Atatür prospekti 24 ünvanının yaxınlığında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmiş, QBRŞ-da şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sonuncunun üzərindən bir ədəd bükümdə təmiz şəkisi 0,089 qram psixotrop maddə metamfetamin açkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq olmadığına görə vətəndaş Şəxs, əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib əsası olmaması əsasına görə rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərtib etdiyi 12 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı X1, şübhəli şəxs Şəxs onun müdafiəçisi X3 iştirakı ilə Şəxs üzərinə axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 sellofan bükümü çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildimiş, Əliyevin üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Əliyevin üzərində aşkar edilmiş bir ədəd sellofan bükümə baxış keçirərkən bükümün içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 0,18 qram olduğu müəyyən edilmiş, büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış DİN-in” zərllər üçün 7(2) möhürü ilə möhürlənmiş üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə xidmati süni işıqlandırma şəratində keçirilmiş, Sony markalı videokameradan istfadə etməklə çəkiliş aparılmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsinin 16/823 saylı 13 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərində aşkar edilmiş kütlə Şəxs məxsus yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,089 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin ümumi təmiz çəkiləri-0,089 qr. Tədqiqata sərf edilmiş-0,02 qr. qalıq – 0,069 qr). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 13 iyul 2022-ci il tarixli 975 saylı rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - 13 iyul 2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində sidikdə AMP aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs psixotorp maddədən istifadə etməsi və əldə edərək saxlaması, beləliklə İXMin 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-100/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-100/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver