Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1000/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində icraat aparılan şəxsin vəkili Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Gəncə şəhər DYP Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə “Hyundai Sonata” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx xxxxxxxx 1996-cı il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop və ya güclü təsir göstərən digər maddələrdən istifadə olnması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, İXM-in 327.1 və 333.1-ci maddəsinin pozulamsı hallarına yol verilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, protokol tərtib olunduğu gün o, Hyundai Sonata minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşı tərəfindən avtonəqliyyat vasitəsi saxlanılmış, yoxlama zamanı YPX əməkdaşı sürücüdən narkotik vasitədən istifadə edib-etməməsini soruşmuş, Şəxs narkotik vasitədən istifadə etmədiyini demişdir. Lakin 2023-cü il aprel ayında Türkiyə Respublikasında İstanbul şəhərində olarkən 14 gün müddətində marixuana qəbul etmişdir. YPX əməkdaşları onu narkoloji dispanserə aparmışlar, analiz vermiş və sidiyində THK aşkar edilmişdir. O keçirilmiş narkoloji yoxlamanın nəticələrinə inanmır. Çünki onun tərəfindən narkotik vasitə 2023-cü ilin aprel ayında qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs izahatına uyğun izahat verərək əlavə etdi ki, müdafiə etdiyi şəxsin narkoloji müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bu baxımdan, narkoloji müayinə nəticəsi mötəbər sübut hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə şəhər DYP Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolla İXM-nin 327.1 və 333.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 18 may 2023-cü il tarixli 1541/2023 saylı aktdan görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Lakin narkoloji müayinə nəticələrini əks etdirən aktın sübut kimi mötəbərliyi barəsində icraat aparılan şəxs və onun vəkili tərəfindən mübahisələndirilmiş, konkret olaraq sərxoşluq müayinəsi zamanı hal şahidlərinin iştirakı şübhə altına alınmışdır. Məhkəmə barəsində icraat aparılan şəxs və onun vəkili tərəfindən irəli sürülmüş halın yoxlanılması məqsədilə protokol tərtib etmiş orqana bir neçə dəfə həm yazılı həm şifahi məhkəmə iclasında iştirak etməsini bildirmişdir. Lakin nümayəndənin iştirakı təmin edilməmiş, protokolun qəbul edilməsi üçün zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə şübhələri barəsində icraat aparılan şəxsin xeyrinə həll edərək, sərxoşluq müayinəsini hal şahidlərinin iştirakı olmadan keçirilmiş hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Barəsində icraat aparılan şəxsin inziabti xətanı törətməsi iş materialları ilə təsdiqini tapmadığından məhkəmə iş üzrə icraat xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xətanın törədilib törədilməməsi sübut edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati xəta üzrə məsuliyyət müəyyən edilir. Göründüyü kimi, maddənin dispozisiyasına əsasən həmin maddədə göstərilən məsuliyyətin yaranması üçün şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmalı, və o bu hüququ alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol ləğv edilsin və inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən, on gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1000/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1000/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver