Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1001/2024 15.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X1, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən Regional İdarəsinin 12 fevral 2024- cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X14 tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X14 protestlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən Regional İdarəsinin 12 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və Şahid4 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev protestini onunla əsaslandırmışdır ki, Şahid4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X13 Xidmətinin Gəncə- Daşkəsən Regional şöbəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli, ******* №-li qərarı 26 fevral 2024-cü il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Gəncə "xxxx" MMC-nin təsisçisi Şahid4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 01 avqust 2023-cü il tarixdən hazırki vaxta kimi "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən köhnə «Xalça»kombinatında söküntü (demontaj) işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə ümumi rəhbərlik-briqadir kimi cəlb etmişdir. Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 37, mənzil 21-də yaşayan Zərərçəkmiş şəxs şəhər prokurorluğuna etdiyi müraciətində bildirmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə fəhlə işlədiyi "xxxx" MMC tərəfindən Gəncə şəhərində söküntü işləri aparılan «Xalça» fabrikində işdə olarkən söküntü və təmirə nəzarət eləyən "xxxx" MMC-nin briqadırı Şahid1 göstərişinə əsasən 1-ci mərtəbədə «Xalça» sexinin şüşələrini dəmir torba ilə vurub sındırdığı vaxt sınan şüşənin sağ böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manatdır, hüquqi ünvanı ünvan 1əhdud Məsuliyyətli Cəmiyyətdir, VÖEN nömrəsi **********-dir, təsisçisi Naxçıvan MR, Şərur rayonu Sədərək kəndində anadan olmuş, ünvan 2 ünvanda yaşayan Şahid4, qanuni təmsilçisi-direktoru Naxçıvan MR, Şərur rayon Dəmirçi kəndində anadan olmaqla, həmin ünvanda qeydiyyatda olan X5r. Şahid1 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs şəhər prokurorluğuna ünvanladığı şikayət ərizəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xalça» fabrikini Şahid4 almış, həmin «Xalça» fabrikini tamamilə söküb yerində yenisini tikmək istəyir. 2023-cü ilin iyul ayında 2-3 dəfə orada aparılan söküntü işləri zamanı çıxan metal qırıntılarını alaraq aparıb satmışdır. Həmin vaxt Həsənin qohumu olan Nizami adlı şəxs söküntü işlərinə nəzarət etmişdir. Metal qırıntısı aldığı vaxt «Xalça» fabrikini alan Həsənlə aralarında ünsiyyət yarandığından və onun söküntü və tikinti işlərini bildiyini görüb, həmçinin qohumu olan Nizaminin yaşlı olaraq söküntü işlərinə yaxşı nəzarət edə bilməməsinə görə 01 avqust 2023-cü il tarixdə ona demişdir ki, bundan sonra bu söküntüdə briqadir sənsən. Həsənlə razılaşmaqlarına əsasən sonuncu ona briqadir işləməyinə görə ayda 1000 (min) manat maaş verəcəkdir. 01 avqust 2023-cü il tarixdə işə başlamış və Həsən onunla briqadır işləməyinə görə əmək müqaviləsi bağlamamışdır. 10 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs həmin söküntü gedən «Xalça» fabrikinə gələrək fəhlə işləmək istəməsini və fəhləyə gündəlik nə qədər maaş verilməsini soruşmuş, o da Pərvizə fəhləyə gündəlik 25 manat əmək haqqı vermələrini bildirmişdir. Pərviz də razılaşaraq 11 avqust 2023-cü il tarixdən işə başlamış, o, Pərvizlə fəhlə işləməyinə görə əmək müqaviləsi bağlamamış və o, həmin söküntüdə əmək müqaviləsi olmadan işləmişdir. 29 oktyabr 2023-cü il tarixdə, yəni həftənin bazar günü Pərviz «Xalça» fabrikində söküntüdə fəhlə işləyərək, digər fəhlələr Sakit, Yaşar, Namiq, Elşən, Pərvin və digərləri ilə birlikdə 2-ci mərtəbədə qaynaqçının kəsdiyi dəmirləri tapşırılan yerə yığmışdır. Saat 12:30 radələri olarmış, o Pərvizə demişdir ki, sən birinci mərtəbəyə düş orada birinci mərtəbədə olan tavandakı 2x0,20 metr ölçüdə şüşə lövhələri dəmir torba ilə vurub sındırıb yerə tök, sonra orada qaynaqçı işləyib olan dəmirləri kəsəcəkdir. Pərviz də birinci mərtəbəyə düşərək dəmir ayaqaltının lesa adlanan təqribən 1,8 metr uzunluğunda dəmir torbasını götürərək dəmir torba ilə tavandakı şüşə lövhələri vurub sındırarkən həmin sınan şüşələrin bir hissəsinin düşərək sağ böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. Həmin vaxt o, Pərvizin böyründən qan axmasını görüb cibinə 15 manat pul qoyaraq evə getməsini tapşırmışdr. Pərviz iş yoldaşı Yaşar da yanında oturmaqla öz avtomobili ilə evlərinə getmiş, sonra Pərvizin qayınatası Şəfayət ona zəng vuraraq soruşmuşdur ki, Pərvizi bıçaqla vurublar, bunun böyründən qan axır. O, da Şəfayətə demişdir ki, Pərvizi bıçaqla vurmayıblar, dəmir torba ilə tavandan sındırdığı şüşə lövhənin sınığı düşərək böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. O, bundan sonra özü də Pərvizin yaşadığı evə getmiş, onu təcili tibbi yardım avtomobili ilə 3 nömrəli xəstəxanaya aparmış, orada Pərvizin cibinə 20 manat pul qoymuş və xəstəxanada 2 nəfər həkim cərrah onun yarasına baxıb 8 ədəd tikiş qoymuş, Pərviz 3 saat xəstəxanada qaldıqdan sonra azadlığın məhdudlaşdırılması cəzası çəkməsinə görə ayağında qolbaq olduğundan evə getmək istəməsini dediyindən onu evə aparmışlar və ev şəraitində müalicəsini davam etdirmişdir. Zərərçəkmiş şəxs işlədiyi müddətdə onun tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimat keçirilməmiş, işinin nədən ibarət olması ilə bağlı fəhlənin vəzifə təlimatı verilməmiş, ona xüsusi geyim forması və başına qoyması üçün kaska verilməmiş, lakin iş vaxtı əlinə geyinməsi üçün ona əlcək verilmişdir. Pərviz xəstəxanada «Xalça» fabrikində iş vaxtı yıxılmasını dediyindən 2-ci polis şöbəsinin sahə inspektoru gəlib ondan və Pərvizdən izahat almışdır. Həmin vaxt Pərviz şikayətçi olmamasına görə ondan 500 manat pul alaraq sahə inspektoruna evdə yıxılması ilə bağlı izahat yazmışdır. Pərviz həmçinin, xəstəxanada sarğısının dəyişdirilməsi ilə bağlı ondan bir dəfə 100 manat, bir dəfə isə 50 manat pul almışdır. Pərviz ümumilikdə ondan 685 manat pul almışdır. Pərviz ona həmin vaxtı əlində olan 550 manat dəyərində telefonunun düşüb sınmasını da demişdir, lakin Pərviz xəsarət alan vaxt onun əlindən telefonu yerə düşməmiş və sınmamışdır. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təqdim olunmuş ərizə ilə tanış olmuş, həmin ərizə onun tərəfindən yazılmışdır və ərizədə olan imza ona məxsusdur. 10 avqust 2023-cü il tarixdə eşitmişdir ki, Gəncə şəhəri, «Xalça»fabrikində söküntü işləri gedir və orada fəhləyə ehtiyac var. O, da Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xalça»fabrikinə getmiş və orada söküntü işlərinə nəzarət edən briqadir Şahid1 ilə görüşmüş və ondan həmin tikintidə fəhlə işləmək istədiyini bildirmişdir. Samir də ona demişdir ki, söküntüdə fəhlə işləməyə görə fəhlənin gününə 25 manat pul verir. O, da razılaşıb 11 avqust 2023-cü il tarixdə işə başlayaraq «Xalça»fabrikində gedən söküntü işində fəhlə kimi işləmiş və hər iş gününün sonunda briqadir Samir tərəfindən ona 25 manat pul verilmişdir. Briqadir Samir tərəfindən onunla həmin «Xalça»fabrikində olan söküntü işlərinin görülməsi ilə bağlı əmək müqaviləsi bağlanmamış və o, əmək müqaviləsi olmadan fəhlə kimi işlədilmişdir. İşlədiyi müddətdə briqadir Samir tərəfindən ona xüsusi geyim forması və başına qoymağı üçün kaska verilməmişdir. O, işə götürülərkən və işlədiyi müddətdə briqadir Şahid1 və ya başqa şəxs tərəfindən ona əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimat keçirilməmiş və təlimat jurnalına imza etdirilməmişdir. İşə davamiyyət jurnalına isə imza etmişdir. 29 oktyabr 2023-cü il tarixdə həftənin bazar günü saat 09:00-da işə başlamış və «Xalça» fabrikinin 2-ci mərtəbəsində qaynaqçı kəsən dəmirləri daşıyıb deyilən yerə yığmış, saat 12:30 radələri olardı briqadir Samir ona demişdir ki, «ora sən yaxşısan o, biri fəhlələri göndərsəm yarıtmayacaqlar sən 1-ci mərtəbəyə düş 1-ci mərtəbənin şüşədən olan tavanını dəmir topa ilə vurub sındırmaqla yerə tök ki, qaynaqçı gəlib orada olan dəmirləri sökə bilsin». O, da birinci mərtəbəyə düşərək yerdə olan dəmir ayaqaltının lesa adlanan dəmir torbasını götürərək başında kaska və əynində xüsusi geyim forması olmadan, həmin işə başlamamışdan əvvəl briqadir Samir tərəfindən texniki təhlükəsizliklə bağlı, yəni xəsarət almamağı üçün şüşə tavanı necə sındırmağı ilə bağlı təlimat almadan təqribən 1,80 metr uzunluğunda olan həmin dəmir torba ilə «Xalça» sexinin 1-ci mərtəbəsinin tavanında olan şüşə lövhələrə vuraraq sındırıb yerə tökməyə başlamışdır. Təqribən 3 dəqiqə olarmış ki, dəmir torba ilə tavanda olan şüşələri vurub sındırmaqla yerə tökürmüş ki, iş yoldaşı Yaşar qışqırmışdır ki, şüşə başına düşəcək. Yaşar elə deyəndə o, tez kənara çəkildiyindən şüşə başına deyil sınan şüşə lövhənin bir hissəsi gələrək sağ böyrünə dəymiş və o, xəsarət almış və böyründən qan axmağa başlamışdır. O, aldığı xəsarətə görə xəstəxanaya getmək üçün briqadir Samirə demişdir ki, ona pul versin. Samir də çıxarıb ona 15 manat pul vermişdir. O, tez iş yoldaşı Yaşarla birlikdə avtomobilinə oturub özü idarə edərək evə getmişdir. Yaşar ona demişdir ki, qoy yarana baxaq görək necədir, Yaşar və o, böyründən qanın dayanmadan axmasını görmüş, Yaşar ona demişdir ki, belə olmaz səndən qan dayanmadan axır, belə olmaz qohumlardan kimisə çağır gəlsin. Qayınatası və digər qohumları da gələrək onu o, vəziyyətdə görmüş, qayınatası Şəfayət ona demişdir ki, səni bıçaqla kim vurub, o, da Şəfayətə demişdir ki, bıçaqla vurmayıblar işdə xəsarət almışdır. Qayınatası Şəfayət də briqadiri Samirə zəng vuraraq dedi ki, bu vəziyyətdə evə adam göndərərlər. Samir də onlara evə gəlmiş, həmin vaxt xalasıoğlu Vəli təcili tibbi yardıma zəng vuraraq həkim çağırmışdır. Təcili yardım avtomobili ilə həkimlər gələrək onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Briqadir Samir orada da ona 20 manat pul vermişdir ki, lazım olsa həkimə verərsən. Xəstəxanada hazırda adını xatırlamadığı 2 nəfər cərrah həkim baxaraq yarasına 8 tikiş qovmuş və təqribən 3 saat xəstəxanada qaldıqdan sonra azadlığın məhdudlaşdırılması cəzası çəkdiyinə görə ayağında qolbaq olduğundan həkimlərdən evə getmək üçün icazə almış və qohumları onu avtomobillə evə aparmış və o, ev şəraitində müalicə almağa başlamışdır. Xəstəxanada həkimlər ona baxanda o, həkimlərə iş yerində xəsarət almağını bildirmişdir. Samir ona müalicə almağı ilə bağlı 35 manatdan əlavə 650 manat da pul vermişdir. Xəsarət almağı ilə bağlı 2-ci polis şöbəsinin sahə inspektoru Tural gəlib ondan izahat alanda Samir pul verməməsinə görə evdə yıxıldığını və böyrünə şüşə batdığını tapşırmışdır. O, da həmin vaxtı ona görə izahatında evdə yıxıldığını və böyrünə şüşə batdığına görə xəsarət aldığını bildirmişdir. Hazırda xəsarət almağı ilə bağlı müalicəsini davam etdirir. Məhkəmə-tibbi ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 1757 nömrəli canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətsağ bud nahiyəsinin yarası-küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 29 oktyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X19 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs şəhər prokurorluğuna ünvanladığı şikayət ərizəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xalça» fabrikini Həsən adlı şəxs almış, həmin «Xalça» fabrikini tamamilə söküb yerində yenisini tikmək istəyir. Gəncə şəhər sakini Şahid1 həmin «Xalça» fabrikində aparılan söküntü işlərində briqadir işləyir. O, həmin «Xalça» fabrikində fəhləyə ehtiyac olmasını öyrənib 04 avqust 2023-cü il tarixdə fabrikə gedib briqadir Şahid1lə görüşmüş və söküntü işlərində fəhlə işləmək istədiyini demişdir. Samir də söküntü işlərində işləyən fəhlələri səhər saat 09:00-da saat 18:30- 19:00-a kimi işlətməklə gündəlik 25 manat əmək haqqı verməsini bildirmişdir. O, Samir ilə razılaşıb orada 05 avqust 2023-cü il tarixdən günü 25 manat olmaqla fəhlə işləməyə başlamışdır. Ona hər gün işdən sonra 25 manat əmək haqqını Samir nağd şəkildə vermişdir. Samir «Xalça» fabrikində fəhlə işləməyi ilə bağlı onunla əmək müqaviləsi bağlamamış, adına əmək kitabçası açmamış, normal əmək və istirahət rejiminə riayət etməyərək həftənin şənbə və bazar günləri işlətmiş, işlədiyi müddətdə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrindən yalnız əlcək verilmiş, işlədiyi müddətdə əməyin mühafizəsi normaları və qaydaları üzrə ona təlimat keçirilməmiş, təlimatın keçirilməsi jurnalına imza etməmiş və biliyi yoxlanılmamışdır. Onunla bərabər həmin söküntüdə, xəsarət alan Zərərçəkmiş şəxs fəhlə işləmiş, Şahid3, Şahid2 Zülfüqar oğlu, X7, Namiq və Pərvin də fəhlə işləyirlər. O, həmin söküntüdə fəhlə işləyirmiş ki, Zərərçəkmiş şəxs da briqadir Samirə fəhlə işləmək üçün müraciət etdiyindən Samir onu «Xalça» fabrikini satın alan Həsənə deməklə 10 avqust 2023-cü il tarixdə fəhlə kimi işə götürmüşdür. Zərərçəkmiş şəxs 29 oktyabr 2023-cü il tarixdə həmin söküntüdə fəhlə işləmiş, saat 12:30-a kimi 2-ci mərtəbədə qaynaqçının kəsdiyi dəmirləri daşıyaraq briqadir Samirin göstərdiyi yerə yığmış, saat 12:30-dan sonra isə briqadır Samirin göstərişinə əsasən dəmir ayaqaltının 1,8 metr uzunluğunda olan dəmir torba ilə birinci mərtəbənin çıxıntı hissəsinin tavanında olan şüşə lövhələrini vurub sındırarkən sınan şüşə lövhənin təqribən 3 metr hündürlükdən düşən hissəsinin böyrünə dəyməsi nəticəsində böyrünün kəsilməsi xəsarətini almışdır. Pərviz həmin vaxt işləyərkən əynində fərdi mühafizə vasitəsi və başında kaska olmamışdır. Pərvizin xəsarət alması ilə bağlı müalicə olunması üçün eşitdiyinə görə briqadir Samir ona 685 manat pul vermişdir. Pərviz xəsarət aldıqdan sonra evlərinə öz avtomobilində onunla birlikdə getmişdir. Avtomobili Pərviz özü idarə etmiş, o isə yanında oturmuşdur. Evlərində olduğu vaxt Samirin sağ böyrünə şüşə dəyərək xəsarət yetirdiyindən və qan axdığından evlərindən təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Briqadir Samir də Pərvizgilin evlərinə gəlib pul verərək sonra qayıtmışdır. Xəstəxanada tanımadığı həkimlər Pərvizin sağ böyrünə tikiş vurmuş, lakin Pərviz xəstəxanada qalmaq istəmədiyindən onu təqribən 2 saatdan sonra evə buraxmış, o da Pərvizin vəziyyətinin yaxşı olmasını görüb ondan sonra çıxıb getmişdir. Şahid3 izahatında bildirmişdir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xalça» fabrikini Həsən adlı şəxs almış, həmin «Xalça» fabrikini tamamilə söküb yerində yenisini tikmək istəyir. Gəncə şəhər sakini Şahid1 həmin «Xalça» fabrikində aparılan söküntü işlərində briqadir işləyir. O, həmin «Xalça» fabrikində fəhləyə ehtiyac olmasını öyrənib 04 oktyabr 2023-cü il tarixdə fabrikə gedib briqdair Samirlə görüşmüş və söküntü işlərində fəhlə işləmək istədiyini demişdir. Samir də söküntü işlərində işləyən fəhlələri səhər saat 09:00- da saat 18:30-19:00-a kimi işlətməklə gündəlik 25 manat əmək haqqı verməsini bildirmişdir. O, Samirlə razılaşıb orada 05 oktyabr 2023-cü il tarixdən günü 25 manat olmaqla fəhlə işləməyə başlamışdır. Onlara hər gün işdən sonra 25 manat əmək haqqını Samir vermişdir. Samir «Xalça»fabrikində fəhlə işləməyi ilə bağlı onunla Əmək müqaviləsi bağlamamış, adına əmək kitabçası açmamış, normal əmək və istirahət rejiminə riayət etməyərək həftənin şənbə və bazar günləri işlətmiş, işlədikləri müddətdə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmiş, yalnız əlcək verilmiş, işlədiyi müddətdə əməyin mühafizəsi normaları və qaydaları üzrə ona təlmat keçirilməmiş, biliyi yoxlanılmamışdır. Onunla bərabər həmin söküntüdə xəsarət alan Pərviz, Sakit, Yaşar, Namiq, Elşən və Pərvin də fəhlə işləyirlər. Zərərçəkmiş şəxs 29 oktyabr 2023-cü il tarixdə həmin söküntüdə fəhlə işləmiş, saat 12:30-a kimi 2-ci mərtəbəd qaynaqçının kəsdikləri dəmirləri daşıyaraq briqadir Samirin göstərdiyi yerə yığmış, saat 12:30-dan sonra isə briqadir Samirin göstərişinə əsasən dəmir ayaqaltının 1,8 metr uzunluğunda olan dəmir torbası ilə birinci mərtəbənin tavanında olan şüşə lövhələri vurub sındırarkən sınan şüşə lövhənin təqribən 3 metr hündürlükdən düşən hissəsinin böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. Şahid2 Zülfüqar oğlu izahatında bildirmişdir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xalça»fabrikini Həsən adlı şəxs almış, həmin «Xalça»fabrikini tamamilə söküb yerində yenisini tikmək istəyir. Gəncə şəhər sakini Şahid1 həmin «Xalça»fabrikində aparılan söküntü işlərində briqadır işləyir. O, həmin «Xalça»fabrikində fəhləyə ehtiyac olmasını öyrənib 15 oktyabr 2023-cü il tarixdə fabrikə gedib briqdair Samirlə görüşmüş və söküntü işlərində fəhlə işləmək istədiyini demişdir. Samir də söküntü işlərində işləyən fəhlələri səhər saat 09:00-da saat 18:30-19:00-a kimi işlətməklə gündəlik 25 manat əmək haqqı verməsini bildirmişdir. O, Samirlə razılaşıb orada 16 oktyabr 2023-cü il tarixdən günü 25 manat olmaqla fəhlə işləməyə başlamışdır. Onlara hər gün işdən sonra 25 manat əmək haqqını Samir nağd şəkildə vermişdir. Samir «Xalça»fabrikində fəhlə işləməyi ilə bağlı onunla əmək müqaviləsi bağlamamış, adına əmək kitabçası açmamış, normal əmək və istirahət rejiminə riayət etməyərək həftənin şənbə və bazar günləri işlətmiş, işlədikləri müddətdə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrindən yalnız əlcək verilmiş, işlədiyi müddətdə əməyin mühafizəsi normaları və qaydaları üzrə ona təlimat keçirilməmiş, biliyi yoxlanılmamışdır. Onunla bərabər həmin söküntüdə xəsarət alan Zərərçəkmiş şəxs, Şahid3, Yaşar, Namiq, Elşən və Pərvin də fəhlə işləyirlər. O, 16 oktyabr 2023-cü il tarixdə həmin söküntüyə fəhlə işinə götürülərkən Zərərçəkmiş şəxs xeyli müddət olarmış ki, orada fəhlə işləmişdir. Zərərçəkmiş şəxs 29 oktyabr 2023-cü il tarixdə həmin söküntüdə fəhlə işləmiş, saat 12:30-a kimi 2-ci mərtəbəd qaynaqçının kəsdiyi dəmirləri daşıyaraq briqadir Samirin göstərdiyi yerə yığmış, saat 12:30-dan sonra isə briqadir Samirin göstərişinə əsasən dəmir ayaqaltının 1,8 metr uzunluğunda olan dəmir torbası ilə birinci mərtəbənin tavanında olan şüsə lövhələrini vurub sındırarkən sınan şüşə lövhənin təqribən 3 metr hündürlükdən düşən hissəsinin böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. X7 izahatında bildirmişdir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xalça» fabrikini Həsən adlı şəxs almış, həmin «Xalça» fabrikini tamamilə söküb yerində yenisini tikmək istəyir. Gəncə şəhər sakini Şahid1 həmin «Xalça» fabrikində aparılan söküntü işlərində briqadir işləyir. O, həmin «Xalça» fabrikində fəhləyə ehtiyac olmasını öyrənib 24 aprel 2023-cü il tarixdə fabrikə gedib briqadir Nizami ilə görüşmüş və söküntü işlərində qaynaqçı işləmək istədiyini demişdir. Nizami də söküntü işlərində işləyən fəhlələri səhər saat 09:00-da saat 18:30- 19:00-a kimi işlətməklə gündəlik 25 manat əmək haqqı verməsini bildirmişdir. O, Nizami ilə razılaşıb orada 25 aprel 2023-cü il tarixdən günü 25 manat olmaqla qaynaqçı işləməyə başlamışdır. 01 avqust 2023-cü il tarixdən onların briqadiri dəyişmiş və briqadir Şahid1 olmuşdur. Ondan sonra onlara hər gün işdən sonra 25 manat əmək haqqını Samir nağd şəkildə vermişdir. Samir «Xalça» fabrikində fəhlə işləməyi ilə bağlı onunla əmək müqaviləsi bağlamamış, adıma əmək kitabçası açmamış, normal əmək və istirahət rejiminə riayət etməyərək həftənin şənbə və bazar günləri işlətmiş, işlədikləri müddətdə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrindən yalnız əlcək verilmiş, işlədiyi müddətdə əməyin mühafizəsi normaları və qaydaları üzrə ona təlimat keçirilməmiş, təlimatın keçirilməsi jurnalına imza etməmiş və biliyi yoxlanılmamışdır. Onunla bərabər həmin söküntüdə xəsarət alan Zərərçəkmiş şəxs fəhlə işləmiş, Şahid3, Şahid2 Zülfüqar oğlu, Yaşar, Namiq və Pərvin də fəhlə işləyirlər. O, həmin söküntüdə qaynaqçı işləyirmiş ki, Zərərçəkmiş şəxs da briqadir Samirə fəhlə işləmək üçün müraciət etdiyindən Samir onu «Xalça» fabrikini satın alan Həsənə deməklə 10 avqust 2023-cü il tarixdə fəhlə kimi işə götürmüşdür. Zərərçəkmiş şəxs 29 oktyabr 2023-cü il tarixdə həmin söküntüdə fəhlə işləmiş, saat 12:30-a kimi 2-ci mərtəbədə qaynaqçının kəsdiyi dəmirləri daşıyaraq briqadir Samirin göstərdiyi yerə yığmış, saat 12:30-dan sonra isə briqadir Samirin göstərişinə əsasən dəmir ayaqaltının 1,8 metr uzunluğunda olan dəmir torbası ilə birinci mərtəbənin çıxıntı hissəsinin tavanında olan şüşə lövhələrini vurub sındırarkən sınan şüşə lövhənin təqribən 3 metr hündürlükdən düşən hissəsinin böyrünə dəyməsi nəticəsində xəsarət almışdır. Pərviz həmin vaxt işləyərkən əynində fərdi mühafizə vasitəsi və başında kaska olmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şahid4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 «Gəncə “İlməçi» MMC-nin Gəncə şəhəri, Atatürk prospekti 267 ünvanında yerləşən keçmiş «Xalça» kombinatının binasında aparılan söküntü işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə ümumi rəhbərlik-briqadir kimi cəlb etmişdir. Həmin material tərəfimdən öyrənilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Şahid4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 "xxxx" MMC-nin Gəncə şəhəri, Atatürk prospekti 267 ünvanında yerləşən keçmiş Xalça kombinatının binasında aparılan söküntü işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə ümumi rəhbərlik-briqadir kimi cəlb etməklə onun tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edildiyindən toplanmış material üzrə "xxxx" MMC-nin təsisçisi Şahid4 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün X13 Xidmətinin Gəncə Regional şöbəsinə göndərilmişdir. Aparılmış araşdırma materialından görünür ki, Şahid4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 «Gəncə “İlməçi» MMC-nin Gəncə şəhəri, Atatürk prospekti 267 ünvanında yerləşən keçmiş Xalça kombinatının binasında aparılan söküntü işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə ümumi rəhbərlik-briqadir kimi cəlb edilməsi öz təsdiqini tapmışdır. Şahid4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata X6 Gəncə-Daşkəsən Regional şöbəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarın qəbul edilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda Şahid4 barəsində Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X6 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarı ləğv edilməli və Şahid4 barəsində inzibati tənbeh tədbiri görülməlidir. Odur ki, Şahid4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X6 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli, MN ******* nömrəli qərarı ləğv edilməsi və Şahid4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təsirli bilinməklə barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı tərəfindən 22 aprel 2024-cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən Protest təmin edilməyərək Şahid4 barəsində Azərbaycan Respublikası ƏƏSMN X13 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan Gəncə şhər prokroru baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli Qərarın ləğv edilərək materiallar yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən prokurorluğun nümayəndəsi X12 protestin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, işçi Şahid1 işə götürülərkən əmək müqaviləsi bağlanmamış, daha sonra məsuliyyətdən yayınmaq üçün podrat müqaviləsi bağlanmışdır. Odur ki, X13 Xidmətinin Gəncə-Daşkəsən Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini və Şahid4 barəsində inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X6 Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdən dövlət qeydiyyatına alındığı, reyestrdən son dəfə xx.xx.2022-ci il tarixdə çıxarış verildiyi və həmin tarixdən cəmiyyətin qanuni təmsilçisinin X9 olması görünür. X3 əmək müqaviləsi bildirişində də onun xx.xx.2023-cü il tarixdən Cəmiyyətin direktoru - işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs olması qeyd edilmişdir. Eyni zamanda cəmiyyət ilə işçilər arasında bağlanılmış əmək müqaviləsi bildirişlərində də əmək müqavilələrini imzalayan şəxsin direktor - X9 olduğu görünür. Daha sonra o, qeyd etmişdir ki, Şahid4 cəmiyyətin təsisçisi olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdən işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs direktor–qanuni təmsilçi X5r. Şahid4 cəmiyyətin təsisçisi olsa da, onun cəmiyyətdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləməsi, həmçinin işçilərlə əmək müqavilələri bağlamaq səlahiyyəti yoxdur. Odur ki, Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Şahid4 barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir və həmin qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Prokurorluğu tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərar qəbul edilmişdir. -12 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Şahid4 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanılmış icraata İXMnin 53.1.2–ci maddəsi ilə xitam verilmişdir -4ZYK1C5000401 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X9 xx.xx.2023cü il tarixdən Cəmiyyətin direktoru - işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsdir. -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs- "xxxx" MMC-də briqadır-iş icraçısı işləyən, həmçinin yağlı bitkilərin və onların toxumlarının becərilməsi fəaliyyəti üzrə özünə məxsus ********** nömrəli VÖEN-lə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına qərar verilmişdir -01 avqust 2023-cü il tarixli 01 saylı podrat müqaviləsinin sürətindən görünür ki, müqavilənin tərəfləri sifarişçi "xxxx" MMC-nin direktoru X10, podratçı isə Şahid1dur. Ay ərzində görülən işlərə görə muzd haqqı 500 manat təşkil etmişdir. Müqavilənin bitmə müddəti 30 oktyabr 2023-cü ildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə protesti, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, verilmiş protest təmin edilməməlidir. Belə ki, protestdə qeyd edilənlərdən və ona əlavə edilmiş materiallardan da aydın şəkildə görünür ki, barəsində icraat aparılan şəxs Şahid1 hər-hansı şəxsi işə qəbul etmək və ya işdən azad etmək səlahiyyəti yoxdur. Bu baxımdan, məhkəmə onun hazırki inzibati xəta üzrə subyekt olmaq qabiliyyətinin olmaması qənaətinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 54.1, 54.2 və 54.3-cü maddələrinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına və işin faktiki hallarına, həmçinin İXM-nin prinsiplərinə əsaslanaraq məhkəmə verilmiş protest üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protest əsassız olduğundan təmin olunmamalı, X13 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Protest təmin edilməsin. X13 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1001/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1001/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver