Məhkəmə qərarları › İş №3(125)-1002/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1002/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1002/2024 15.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 215.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər prokuroru Azad Qarayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan protest verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, X7 barəsində Azərbaycan Respublikası İXMnin 215.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, X11 MMC-nin Laboratoriya şöbəsində feldşerlaborant işləyən X10 xx.xx.2023-cü il tarixdə “X11” MMC-də qan analizi vermiş X1 “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi zamanı qan müayinəsinin düzgün götürülməməsi ya da avadanlıqla bağlı qüsurla əlaqədar Gülnarə Əliyevaya yalnış pozitiv nəticə verməklə ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərməyərək “Hepatit C” virusunun pozitiv olduğunu düzgün müəyyən etməyib bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci bəndini (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhəri, Atatürk prospekti, ev 11, mənzil 2-də yaşayan X2 X6 Laboratoriya şöbəsinin müdiri Kənan Hacıyevin həkim səhlənkarlığına yol verməsi barədə müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 778/KEŞ nömrəli rəyində göstərilmişdir ki, “X9”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılan müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cii il tarixdə “Hepatit virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Tibbi avadanlıqların müayinələrin yoxlanılmasına qadir olub-olmamasının təyini məhkəmə tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Komisyon məhkəmə-tibbi ekspertizası tərəfindən xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğunun düzgün müəyyən edilməməsi, bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması qeyd olunsada ekspert rəyində həmin 70 saylı əmrin hansı bəndinin və kim tərəfindən pozulması göstərilməmiş, bundan başqa ekspert qarşısında qoyulan suallara tam və dolğun cavab verilmədiyindən material üzrə 15 noyabr 2023-cü il tarixdə təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmişdir. Təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 901/KEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, “X9”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, “hepatit C” virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndi (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozulmuşdur və buna məsul şəxs həkim laborantdır. Tibbi avadanlıqların müayinələrin yoxlanılmasına qadir olub-olmamasının təyini məhkəmə tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Qərarda 6-cı sualda qarşıya qoyulan sualın cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 18 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, “X11” MMC-nin mühasibi X5 10 sentyabr 2023-cü il tarixdə həmin Hospitalda verdiyi analizlərə görə ödədiyi 236 manat pulu 18 yanvar 2024-cü il tarixdə X3 geri qaytarmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X7 “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi zamanı qan müayinəsini düzgün götürülməməsi ilə bağlı qüsurla əlaqədar X3 yalnış pozitiv nəticə verilməsinə səbəb olmuşdur. X7 “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi zamanı qan müayinəsinin düzgün götürülməməsi ya da avadanlıqla bağlı qüsurla əlaqədar X3 yalnış pozitiv nəticə verməklə ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərməyərək “Hepatit C” virusunun pozitiv olduğunu düzgün müəyyən etməyib bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1-ci bəndini (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozması onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edildiyindən toplanmış material üzrə X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmişdir. Aparılmış araşdırma materialından görünür ki, X7 “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi zamanı qan müayinəsini düzgün götürməməsi ya da avadanlıqla bağlı qüsurla əlaqədar X4 yalnış pozitiv nəticə verməklə ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasını Qanununda nəzərdə tutulmuş qaydada göstərməyərək “Hepatit C” virusunun pozitiv olduğunu düzgün müəyyən etməyib bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndini (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozması faktı öz təsdiqini tapmışdır. X7 Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Buna görə də X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycar Respublikası Səhiyyə Nazirliyində xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və X7 Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə növündə inzibat tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və səlahiyyətli orqanlara lazımı qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə baxılmasını təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 215.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə protesti, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, verilmiş protest təmin edilməməlidir. Belə ki, protestdə qeyd edilənlərdən də aydın şəkildə görünür ki, “X9”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, “hepatit C” virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. İXM-nin təqsirsizlik prezumpsiyası prinsipinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edərkən işin faktiki hallarına əsaslanaraq sübutları obyektiv qiymətləndirmiş və qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün nəticəyə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 54.1, 54.2 və 54.3-cü maddələrinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına və işin faktiki hallarına, həmçinin İXM-nin prinsiplərinə əsaslanaraq məhkəmə verilmiş protest üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protest əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Protest təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar