Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1003/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 18 may 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 18 may 2023-cü il tarixdə saat 10:00-da Gəncə şəhəri Atatürk Prospektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində X4 tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X7 izahat verərək göstərdi ki, barəsində icraat aparılan şəxs tərəfindən müvafiq icra hakimiyyətinin göstərişi artıq icra olunmuşdur. Şəxs qanunvericilikdə göstərilmiş məbləği ödəyərək icazəni almışdır. Lakin icazə üçün tələb edilən dövlət rüsumunu gec ödədiyindən müraciəti gec icra olunmuşdur. Məhkəmədən barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində icraat aparılan şəxs X4 bildirdi ki, evdə ailə üzvləri tərəfindən reklam orqanının yazılı göstərişi poçt vasitəsilə qəbul edilmişdir. Özü günü çox hissəsini ticarət obyektində keçirir. Yazılı göstərişdən gec məlumatı olmuşdur. Xəbəri olan kimi göstərişi icra etmişdir. Reklam icazəsi üçün tələb edilən məbləğin ödənilməsi haqqında sistemdən çıxarışı və qəbzi təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin baş müfəttişi X5 tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, X4 18 may 2023-cü il tarixdə saat 10:00 radələrində Gəncə şəhəri Ş. İ. Xətai Prospekti ünvanında yerləşən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, o, nəticədə İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 18 may 2023-cü il tarixli, 377 nömrəli aktdan görünür ki, Gəncə şəhəri Atatürk Prospektində yerləşən “Elite” avtoyuma adlı obyektdə sahibkarı X4 18 may 2023-cü il tarixli 11-3-3/2-628/2023 nömrəli məktubla 18 may 2023-cü il tarixdə barəsində İXM-in 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X12 İdarəsinə dəvət olunsa da, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. 14 aprel 2023-cü il tarixli, 11-3-3/2-437/2023 nömrəli yazılı göstərişdən görünür ki, X1 Gəncə şəhəri, Atatürk Prospektində yerləşən “Elite” avtoyuma adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X10 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuşdur. Bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə alıcı X2 qızına (Bağırova Aysu) çatdırılmışdır. “Foto” şəkildən görünür ki, Atatürk Prospektində yerləşən “Elite” avtoyuma adlı obyektinin üzərində reklam vardır. Məhkəmə iclasında X4 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o icazə üçün tələb edilən rüsumu ödəyərək icazəni almışdır. İş materiallarına əlavə edilmiş “Asan ödəniş” sisitemində xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərin surətindən görünür ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, X2 inzibati məsuliyyətə cəlb edilməsi formal əsasların mövcudluğuna baxmayaraq, məhkəmə hesab edir ki, o yazılı göstərişin digər şəxs tərəfindən qəbul edilməsinə görə məlumatsız olmuş, məlumat alan kimi rüsumu ödəyərək icazəni almışdır. Hazırda onun icazəsi qüvvədə olduğundan tənbeh tətbiq edilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1003/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1003/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver