Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1003/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraata xitam verilmiş şəxs X4, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 215.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər prokuroru Azad Qarayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan protest verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, X4 barəsində Azərbaycan Respublikası İXMnin 215.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* N-li qərarı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, X11 MMC-nin laboratoriya şöbəsinin tibb bacısı işləyən X7 xx.xx.2023-cü il tarixdə “X11” MMC-də qan analizi vermiş X1 “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi zamanı qan müayinəsinin düzgün götürülməməsi ilə bağlı qüsurla əlaqədar X3 yalnış pozitiv nəticə verilməsinə səbəb olmaqla ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərməyərək bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndini (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhəri, Atatürk prospekti, ev 11, mənzil 2-də yaşayan X2 X6 Laboratoriya şöbəsinin müdiri Kənan Hacıyevin həkim səhlənkarlığına yol verməsi barədə müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 778/KEŞ nömrəli rəyində göstərilmişdir ki, “X10”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Tibbi avadanlıqların müayinələrin yoxlanılmasına qadir olub-olmamasının təyini məhkəmətibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Komisyon məhkəmə-tibbi ekspertizası tərəfindən xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğunun düzgün müəyyən edilməməsi, bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması qeyd olunsa da ekspert rəyində həmin 70 saylı əmrin hansı bəndinin və kim tərəfindən pozulması göstərilməmiş, bundan başqa ekspert qarşısında qoyulan suallara tam və dolğun cavab verilmədiyindən material üzrə 15 noyabr 2023-cü il tarixdə təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmişdir. Təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 901/KEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, “X10”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayiənnin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, “hepatit C” virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş, ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndi (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozulmuşdur və buna məsul şəxs həkim laborantdır. Tibbi avadanlıqların müayinələrin yoxlanılmasına qadir olub-olmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Qərarda 6-cı sualda qarşıya qoyulan sualın cavablandırılması məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Aparılmış araşdırma materialından görünür ki, X4 “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi zamanı qan müayinəsini düzgün götürülməməsi ilə bağlı qüsurla əlaqədar X3 yalnış pozitiv nəticə verilməsinə səbəb olmaqla ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərməyərək bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin 24.1 bəndini (ona həvalə olunmuş vəzifə və öhdəliklərin keyfiyyətli həyata keçirilməsi) pozması faktı öz təsdiqini tapmışdır. X4 Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda X4 barəsində Azərbaycan Respublikası İXM-nin 215.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Səhiyyə Nazirliyində xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və Sevda Hümbətovanın barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə lazımı qaydada məlumat verilsə də, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi, prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X8 bildirmişdir ki, göstərilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmış, təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 901/KEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, “X10”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayiənnin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, “hepatit C” virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş, ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. Bu baxımdan, protestin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraata xitam verilmiş şəxs X7 bildirdi ki, onun vəzifəsi qan nümunələrini götürərək laboratoriyaya təhvil verməkdən ibarətdir. Qan nümunələrinin birini digəri ilə qarışdırmaq kimi şansı yoxdur. Belə ki, hər qan nümunəsi konteynerinə münasibətdə ayrıca bar kod verilir və həmin bar kod konteynerin üzərinə yapışdırılır. Protestin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 215.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə protesti, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, verilmiş protest təmin edilməməlidir. Belə ki, protestdə qeyd edilənlərdən də aydın şəkildə görünür ki, “X10”nın laboratoriya şöbəsində Gülnarə Əliyevada xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin nəticəsinin pozitiv, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təkrar aparılmış müayinələrdə isə neqativ olduğu müəyyən edilmişdir. “Doktor Aygün” X12 Əliyevaya xx.xx.2023-cü il tarixdə “Hepatit C” virusunun təyini ilə əlaqədar qanın PCR müayinəsi aparılmış və müayinənin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə Gülnarə Əliyevada qanın PCR müayinəsi zamanı “Hepatit C” virusunun pozitiv olduğu düzgün müəyyən edilməmişdir. Belə ki, “hepatit C” virusunun müayinəsi zamanı ya qan müayinəsi düzgün götürülməmiş ya da avadanlıqla bağlı qüsurla əlaqədar yalnış pozitiv nəticə verilmişdir. İXM-nin təqsirsizlik prezumpsiyası prinsipinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Araşdırma zamanı təkrar həkim işinə dair məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2024-cü il tarixdə şəhər prokurorluğuna daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 901/KEŞ nömrəli ekspert rəyindən də hadisənin hansı səbəbdən baş verməsi dəqiq qeyd edilməmiş, ehtimal əsasında iki mümkün səbəb göstərilmişdir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edərkən işin faktiki hallarına əsaslanaraq sübutları obyektiv qiymətləndirmiş və qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün nəticəyə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 54.1, 54.2 və 54.3-cü maddələrinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına və işin faktiki hallarına, həmçinin İXM-nin prinsiplərinə əsaslanaraq məhkəmə verilmiş protest üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protest əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Protest təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1003/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1003/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver