Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-101/2022 20.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Avto zavod qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyev X4 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin çevik hərəkət bölüyünün 1ci taqımının sürücüsü vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən “tiryək qrupuna aid olan alkoloid” və ordu sıralarından təxris olunduqdan sonra isə 2022-ci ilin may ayının əvvəllərində Gəncə şəhərinin Kəpəz rayonunun ərazisində tiryək qrupuna aid olan narkotik vasitə istehlak etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt Hərbi Prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev tərəfindən 21 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilmiş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, N nömrəli hərbi hissədə xidmətdə olarkən narkotik vasitədən istifadə etməsi barədə komandir heyəti məlumat almış və hərbi hissənin tibb məntəqəsinin rəisi, polkovnik-leytenant Eldar Məmmədov tərəfindən tədqiqat üçün sidik nümunələri götürülərək narkotik vasitədə istifadə edib-etmədiyininin müəyyən olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilmişdir. Bir müddət sonra komandir heyəti tərəfindən götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitənin qalıqlarının aşkar olunması bildirilmiş və buna görə də təxris olunacağı qeyd edilmişdir. Hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik-leytenant X3 ona narkotik vasitədən istifadə etməsinin aşkar olunmaması üçün könüllü surətdə ordu sıralarından təxris olunması barədə ərizə yazması təklif edilmişdir. O, təklif olunan ərizəni yazmış və 2022-ci ilin mart ayının sonlarında xidməti uyğunsuzluğa görə təxris olunmuşdur. Bu hadisədən bir müddət sonra onunla vaxtilə birgə xidmət etmiş və xidməti uyğunsuzluğa görə təxris edilmiş X5 Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət məktubu ilə müraciət etmiş, özünün təxris edilməsinin əsassızlığını qeyd edərkən digər sabiq əməkdaşları, o cümlədən Şəxsı da misal çəkmiş, Rəşadın əslində narkotikdən istifadə etdiyinə görə təxris edildiyini, lakin o zaman bunun rəsmiləşdirilmədiyini bildirmişdir. Şikayətdə qeyd edilmiş bu məlumat Sumqayıt Hərbi Prokurorluğu tərəfindən yenidən yoxlanılmış və Şəxs yenidən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsinə yoxlamaya göndərilmişdir. Yoxlama nəticəsində onun narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Narkotik maddədən istifadə etməsini etiraf edir və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Sumqayıt Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Sumqayıt Hərbi Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, düzgün olaraq Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 X6 X1 06 iyun 2022-ci il tarixli, 3000 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunmuşdur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 21 fevral 2022-ci il tarixli 504/K nömrəli “maddi sübutların ekspertizasına” dair aktdan görünür ki, Şəxs sidik nümunəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsin 06 iyun 2022-ci il tarixli 3000 nömrəli Rəyindən görünür ki, Şəxs sidik nümunəsində narkotik maddələr OPİ və MTD aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs narkotik vasitə istehlak etməsindən ibarət əməlində Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin və ya hər hansı digər cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs narkotik vasitə istehlak etməsi faktı üzrə törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Hərbi Prokurorluğuna təqdim edilmişdir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Məclisinin qərarından görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram psixotrop maddə şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən sübut növü hesab edilir. Göründüyü kimi, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. O, həmin maddəni istifadə yəni, istehlak etmişdir ki, bu da onun əməlində cinayət məsuliyyəti yaratmadığına görə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Beləliklə, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməklə səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-101/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-101/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver