Məhkəmə qərarları › İş №3(125)-1012/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1012/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1012/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsi X7 Polis Şöbəsi İTB-in rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Litvada doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 39da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsi X7 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsi X7 Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 10 mart 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir X6 İdarəsi X7 Polis Şöbəsi İTB-in rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş 10 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs X7 Polis Şöbəsində xırda xuliqanlıq hərəkətləri edərək məhkəmənin və polisin ünvanına nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə məhəl qoymamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X8 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs X7 Polis Şöbəsinin inzibati binasında məhkəmə və polis orqanlarına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama devət etsələrdə, Şəxs öz əməllərinə davam edərək onların qanuni tələbinə qəstən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2023-cü ildə onun adına cinayət işi açılmışdır. O, bank kartı tapmış, lakin həmin kartı sahibinə qaytarmışdır. Lakin buna baxmayaraq onun adına cinayət işi açılmış və barəsində ittihamedici hökm çıxarılmışdır. 10 mart 2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək onu şöbəyə dəvət etmişlər. Polis Şöbəsində ona bildirmişlər ki, o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. O, polis əməkdaşlarına nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Məhkəmədən barəsində inzibati xata haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil izahat verərək bildirmişdir ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki,10 mart 2025ci il tarixdə saat 11:00 radələrində düzülüşdə olduqları zaman Şəxs Şöbənin inzibati binasında məhkəmə və polis orqanlarına qarşı nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda onlar həmin şəxsi Şöbədə növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Yusif Elşad oğlunun izahatını təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş - X7 Polis Şöbəsinin PPXT-in komandiri, polis baş-leytenantı X9 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində təlimatını təşkil edən zaman adını sonradan bildiyi Şəxs Şöbəni inzibati binasından çıxaraq məhkəmə və polis orqanlarına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. - 820/2025 nomrəli 10 mart 2025-ci il tarixli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs yüngül dərəcədə alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. - 10 mart 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 mart 2025-ci il tarixdə saat 11:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarında müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. İctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. İctimai təhlükəsizlik sahəsinə insanların həyatı və sağlamlığı, onların əmlakı üçün yaranan və ya yarana biləcək təhlükənin qarşısının alınması və ya onların aradan qaldırılması ilə bağlı olan ictimai münasibətlər aiddir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir, törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. İnzibati xəta haqqında protokol, şahid ifadələri və işin digər materialları ilə X2 insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağı öz təsdiqini tapmışdır. İşin hallarından görünür ki, Şəxs X7 Polis Şöbəsinin inzibati binasında xırda xuliqanlıq hərəkətləri edərək insanların maraqlarına və əxlaq qaydalarına məhəl qoymayaraq polisin qanuni tələblərinə məhəl qoymamışdır. O, onların ünvanına ucadan səslə nəlayiq ifadələr işlətməyə başlamış, onlarla mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən saat 11-00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar