Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1016/2022 21.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər prokuroru Azad Qarayevin 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərarda hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şəxs ticarət dövriyyəsinə buraxılması qadağan olunmuş toxum məhsullarının satışı ilə məşğul olduğu, yəni xx.xx.2021-ci il tarixdə onun ümumilikdə 2150 manat dəyərində müxtəlif növ toxum məhsulunu Gəncə şəhəri Dubay bazarı adlanan yerdə Cavanşir Mirzəyevə satdığı qeyd edilmiş, bununla da onun barəsində İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) direktoru X1 tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş toxum məhsullarının qanunsuz satışı ilə məşğul olunması ilə bağlı sonuncunun əməlində Azərbaycan Respublikası CM-in 308-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət tərkibinin əlamətləri yoxdur. Belə ki, Nizami Kərimzadənin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, eləcə də həmin əməllərin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması halı müəyyən olunmamışdır. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının kənd Təsərrüdatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi arasında “Green boy F1”, "Parthenon F1”, “Red jewel FT” və digər sortların sınağının keçirilməsi ilə bağlı 2021-ci il 17 sentyabr tarixli TLB-66 nömrəli xidmətin göstərilməsinə dair müqavilə tərtib edilmiş və yuxarıda qeyd edilən hibridlərə idxal-karantin icazəsinin verilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 2021 -ci il 21 sentyabr tarixli 25/xx-xx-2394 nömrəli arayış təqdim edilmişdir. Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin 3-cü abzasının tələblərinə uyğun olaraq rayonlaşmamış sort-hibridlərin ticarət dövriyyəsinə daxil edilməşi.qadağandır. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən seleksiya nailiyyətinin istifadəyə icazəsinə dair ərizədə (forma №300) göstərilən öhdəlik icra edilməmiş və sınaqların aparılması üçün tələb olunan toxum normalarına uyğun əkin materialları Dövlət Şort-Sınaq məntəqələrinə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verhi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən müraciətdə qeyd olunan "xxxx" MMC xx.xx.2017-ci il tarixə ********** nömrəli VÖEN-lə vergi orqanında qeydiyyata alınmışdır. Cəmiyyətin hüquqi ünvanı uçot məlumatlarında AZ1029, ünvan 15A, mənzil 24 olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının kənd Təsərrüdatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə "xxxx" MMC arasında 17 sentyabr 2021-ci ildə xidmətin göstərilməsinə dair TLB-66 nömrəli müqavilə bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin müvafiq sort-sınaq məntəqələrinə sınaq məqsədi ilə toxum nümunələri "xxxx" MMC tərəfindən təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə "xxxx" MMC arasında 17 sentyabr 2021-ci il tarixli xidmətin göstərilməsinə dair TLB-66 saylı müqavilə bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ticarət dövriyyəsinə buraxılması qadağan olunmuş toxum məhsullarının satışı ilə məşğul olunmasına dair qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görmədiyindən Gəncə şəhər prokuroru Azad Qarayevin 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilsə də, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni Şəxs ticarət dövriyyəsinə buraxılması qadağan olunmuş toxum məhsullarını satması xx.xx.2021-ci il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022ci il tarixdə, yəni inzibati xətanın baş verdiyi gündən 1 il keçdikdən sonra qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur. Halbuki qanunvericiliyə əsasən inzibati xəta baş verdiyi gündən 1 il keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilən normaların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarı ilə müqayisəli təhlilindən göründüyü kimi hazırkı iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, inzibati xəta xx.xx.2021-ci il tarixdə törədildiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti həmin tarixdən 01 il hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Gəncə şəhər prokuroru Azad Qarayevin 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1016/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1016/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver