Məhkəmə qərarları › İş №3(125)-1017/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1017/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1017/2022 22.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 287.0.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Gəncə şəhər Prokurorluğundan Gəncə şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 287.0.2 və 442-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar daxil olmuşdur. (3(125)-1017/2022 və 3(125)-1015/2022) İş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edirəm ki, materiallar aidiyyatı üzrə düzgün göndərilmişdir. İnzibati icraatın başlanması haqqında qərar və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmaqla, işin baxılmasını istisna edən və işin icraatını rədd edən hallar yoxdur. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmış, vəsatətlər və etirazlar daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 287.0.2 və 442-ci maddələri ilə başlanmış inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilərək baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 287.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-1017/2022 saylı inzibati xəta haqqında material məhkəmənin icraatına qəbul edilsin və İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən həmin material məhkəmənin icraatında olan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(125)-1015/2022 saylı inzibati xəta inzibati xəta haqqında materialla bir icraatda birləşdirilərək baxılsın. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar