Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1019/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektor polis serjantı X1 iştirakları ilə, Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmşdır ki, Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər X8 Şöbəsinin TP5716436 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə olunmuşdur. Sözü gedən Qərara görə guya o, xx.xx.2023-cü il tarixdə, saat 12:20də Gəncə şəhəri, Vəli Xuluflu küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Bildirir ki, o həmin gün Şah sarayına gedirdi. İdarə etdiyi avtomaşınla hərəkət istiqaməti şadlıq sarayının avtodayancaq istiqamətində olmuşdur. Həmin ərazi birtərəfli hərəkət istiqamətli yoldan ibarətdir. Orada əks istiqamətə çıxmadan manevr etmə qaydalarının pozulmasından ümumiyyətlə söhbət gedə bilməz. Çünki, qeyd etdiyi kimi, o idarə etdiyi avtomaşınla Şah sarayının dayanacağma dönmə hərəkəti həyata keçirirdi. Belə olan halda, hansı manevr hərəkətindən danışmaq olar. Hesab edir ki, DYPŞ-nin əməkdaşları tərəfindən həmin qərar ona qarşı qərəzli olaraq qəbul edilmişdir. Buna səbəb ona protokol tərtib etmiş DYPŞ-nin əməkdaşınından əvvəllər atasının şikayət etməsi olmuşdur. Həmin Xəyyam adlı əməkdaş bunu ona deməkdən belə çəkinməmişdir. O həmin şəxslərin barəsində adiyyəti orqanlara şikayət etmişdir. Məhz, bundan sonra DYPŞ-nin əməkdaşları onun barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57- ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X5 izahatında ərizəni müdafiə etdiyini və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektor polis serjantı X2 video görüntünü təqdim edərək bildirdi ki, X3 əməlində İXM-nın 511-ci maddəsinin olması şübhəsi olduğundan videogörüntüyə baxılması üçün polis şöbəsinə çağırıldı. Lakin polis bölməsində videogörüntüyə baxdıqdan sonra onun əmlində İXM-nin 511-ci maddəsinin deyil , 327.1-ci maddəsinin olmasın müəyyən edilərək barəsində qərar qəbul edildi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər DYPŞ Yol patrul xidməti baş inspektor polis serjantı X2 tərəfindən qəbul edilmiş protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmə qaydalarını pozma) törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. X5 şikayətində göstərmişdir ki, qaydanın posulduğu deyilən yol birtərəfli yoldur, həmin yolda əks istiqamətə çıxmaqdan söhbət gedə bilməz. Onun əməlində inzibati xəta olmadığı halda, onun inzibati tənbeh edilməsi barədə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan DVD diskdə olan hadisə yerinin video görüntüsündən görünür ki, "Mercedes Benz S350 minik markalı **-GO-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə edərkən soldan sağa hərəkət edərkən, əks istiqamətli hərkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ. bəndində göstərilmişdir ki, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həçmin qanunun 42-ci maddəsinin İİİ bəndində əsasən Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Lakin iş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X5 dönmə işığını yandırmadan əvvəlcə maşını yolun sol hərəkət zolağına keçirir, daha sonra isə qəfildən dönmə işığını yandırmadan manevr edərək maşını yolun sağ hərəkət zolağına keçirir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X4 əks istiqamətli hərkət zolağına çıxmadan manevr etmə qaydalarını pzoduğuna görə inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1019/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1019/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver