Məhkəmə qərarları › İş №3(125)-1021/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1021/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1021/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxslər X1,Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, ev 75/74, mənzil 3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-258/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 11 iyun 2009cu il təvəllüdlü X3 və 29 yanvar 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 70 (yetmiş) manat olmaqla cəmi 140 manat sabit pul məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməlidir. Gəncə Apelyasiya Məhkəməsinin 2 (104)-1292/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 28 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq məktubları təqdim edilsə də borclu aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əlavə əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Bununla da borclu Namazov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, borclu iki icra sənədi üzrə aliment borcunu ödəməkdən üzürsüz səbəbdən yayınır.Bügünədək ödənilməyən aliment borcu tələbkar X2 9.000 (doqquz min) manat və tələbkar Zərərçəkmiş şəxs 7580 manat təşkil edir. Borclu axtarış nəticəsində tutulmuşdur. 04 oktyabr 2021-ci il tarixdə aliment borclarlını ödəmədiyinə görə 20 gün inzibati qaydada həbs edilmişdir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, hal-hazırda səhhəti ilə əlaqədar işləmir. İnzibati həbsdən azad olundan sonra hər ay hər iki zərərçəkmiş şəxslərə ödəniş etmişdir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Bu halları nəzərə alıb barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Onun özünün və ailəsinin borcu ödəməyə kifayət qədər imkanı var. Övladımın gözündə problem var. Özü də səbəbini bilir. Həkimə aparmaq üçün pul istədikdə həmin puluda verməkdən imtina etmişdir. Həbsdən azad olunduqdan sonra hər ay müəyyən ödəniş edir. Lakin bu ödənişlər çox cuzidir. Atasının adına olan torpaq sahəsinin verilməsini istədikdə ondan da imtina etdilər.Aliment borcunun tam şəkildə ödənilməsini ödəmədiyi təqdirdə isə həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. Onun özünün və ailəsinin borcu ödəməyə kifayət qədər imkanı var. Oğlu Bakıya yarışa getmək üçün 100 manat pul istəmiş onu da verə bilməmişdir. Həbsdən azad olunduqdan sonra hər ay müəyyən ödəniş edir. Lakin bu ödənişlər çox cuzidir. Aliment borcunun tam şəkildə ödənilməsini ödəmədiyi təqdirdə isə həbs edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)- 258/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 11 iyun 2009-cu il təvəllüdlü X3 və 29 yanvar 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla hər ay 70 (yetmiş) manat olmaqla cəmi 140 manat sabit pul məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 2 (104)-1292/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 28 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-258/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-258/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini könüllü icra etməsi üçün bildirişi xx.xx.2016-cı il tarixdə borclu Şəxs almışdır. İş materilarına əlavə edilmiş 23 noyabr 2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2 (104)-1292/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 2 (104)-1292/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün bildirişi borclu Şəxs almışdır. İş materilaına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu Şəxs barəsində 553477 nömrəli axtarış işi açılmışdır. İş materilaına əlavə edilmiş qəbzlərdən görünür ki, 2022-ci ilin yanvar ayından borclu hər iki zərərçəkmiş şəxslərə qismən ödəniş etmişdir. İş materilaına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 676/2021 nömrəli 04.10. 2021-ci il tarixli qərardan görünür ki, Şəxs eyni icra sənədləri üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxxslərin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, hər iki icra sənədi üzrə qismən ödənişlər edilsə də ümumilikdə tələbkar X2 9.000 (doqquz min) manat və tələbkar Zərərçəkmiş şəxs 7580 manat ödənilməyən aliment borcu qalmışdır. Borclunun Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün həbs olunduqdan sonra qismən ödəniş etməyə başlaması, onun icra sənədini icra etmə imkanı olmasını lakin icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs qismən ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar