Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1029/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs Nurməhəmməd qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə Şəxs Gəncə şəhəri, Nizami küçəsində “Donnafen” qadın paltar mağazasında Zərərçəkmiş şəxs Nurməhəmməd qızını vuraraq boyun nahiyyəsinin sıyrıqları və qançırları xəsarətləri yetirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsinin sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Babayev X3 Vüsalə Nurməhəmməd qızını dərəcəsi təyin olmayan xəsarətlər yetirərək döymüşdür. Gəncə şəhər 1-ci polis şöbəsi TB-nin təhqiqatçısı X1 tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər 1-ci polis şöbəsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vüsalə ilə birlikdə Gəncə şəhərində yerləşən “Donna Fen” qadın paltarları satışı ilə məşğul olan mağazada satıcı işlədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə mağazaya gələn zaman Vüsalənin əsəbi halda müdirin arxasınca nalayiq ifadələr işlətdiyini görmüş, hadisənin böyüməməsi üçün Vüsalənin qolundan dartıb mağazadan çıxarmaq istəmiş, lakin Vüsalə mağazadan çıxmaq istəməmiş və ona qarşı da nalayiq ifadələr işlətmiş, daha sonra isə onun üstünə cummuş, o, isə özünü müdafiə etməyə çalışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Nurməhəmməd qızı bildirdi ki, o, işlədiyi mağazanın müdiri ona əxlaqsız təklif etdiyi üçün ağlayıb bu barədə həmin mağazada baş satıcı isləyən Vüsalə adlı qadına danışan zaman, yaxınlıqdakı mağazada satıçı işləyən Fəqan içəri girmiş olanları eşidib Vüsaləyə irad bildirmiş, onu nalayiq söyüşlərlə söyərək, qolundan tutub çölə çıxarmışdır. Daha sonra Fəqan onu boğazından boğmaq istəmiş, həmin vaxt o, özünü müdafiə etmək üçün Fəqanı əli ilə itələmişdir. Fəqan onun saçından tutub ona zərbələr, yumruqlar vurmuşdur. Sonda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1572 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər boyun nahiyəsinin siyrıqları, qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022ci il tarixdə əmələ gə bilərlər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilmir. xx.xx.2022-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Nizami küçəsində yerləşən Donna Fen qadın paltar mağazasında Zərərçəkmiş şəxs Nurməhəmməd qızı ilə Şəxs arasında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Şəxs mağazanın daxilində Zərərçəkmiş şəxs Nurməhəmməd qızına boyun nayiyyəsinin sıyrıqları, qançırlar xəsarətləri yetirmiş və nəticədə Zərərçəkmiş şəxs Nurməhəmməd qızı dərəcəsi təyin edilməyən bədən xəsarətləri almış, Belə olan halda Şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati icraat açılması üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs zərərçəkmiş şəxsə boğazın sıyrıqları və qançırları kimi fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1029/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1029/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver