Məhkəmə qərarları › İş №3(125)-103/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-103/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-103/2023 15.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X1 Gəncə şəhər BPİ-nin, inzibati tənbeh vernə haqqında xx.xx.2022-ci il tarixli, MN№ ******* saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Gəncə şəhər BPİ-nin rəisi polis mayoru Məcid Məmmədov tərəfindən tərtib edimiş inzibati tənbeh vernə haqqında xx.xx.2022-ci il tarixli, MN№ ******* saylı inzibati qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Emin adlı şəxs 2021-ci ilin sentyabr ayından dekabr ayına kimi usta kimi onun evində işləmiş, işini yarımçıq qoyduğu üçün o, Eminin yaşadığı evə getmiş, işini yarımçıq qoyduğunu və gördüyü işində yaxşı olmağıdını ona bildirmiş və onların arasında sözlü mübahisə olmuşdur. Onların yanında X8 və X4 da olmuşdur. Bir neçə gün sonra o, polis idarəsinə çağırılmış və barəsində şikayət olduğu bildirilmişdir. Belə ki, Emin polisə şikayət ərizəsi verərək, guya ona xəsarət yetirməsi barədə məlumat vermişdir. O, Eminin evinə ayın 3-də getmiş, lakin Emin polisə ayın 5-də müraciət etmişdir. O, düşünür ki, Emin özü özünə xəsarət yetirərək onu şərləyir. Hazırda o, Eminə qarşı iddia qaldırmış, Emin tərəfindən ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. Bunlara baxmayaraq onu İXM-nin 157-ci maddəsi ilə təqsirli bilib 300 manat cərimə etmişlər. O, barəsində olan inzibati tənbeh haqqında MN 127127 saylı qərarı əsassız hesab etdiyi üçün ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 xx.xx.2022-ci il tarixdə vətəndaş X6 dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli, MN№ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsiin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, X10 Əkbərova xx.xx.2022-ci il tarixdə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və beləliklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixdə olan dəyişikliyə kimi) əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İXM-nin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında material üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda Aygün Məmmədovanın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının xx.xx.2022-ci il tarixdə rədd edildiyi qeyd olunmuşdur. Belə olan vəziyyətdə şəxsin İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün İXM-nin 38.3-ci maddəsində nəzərdə tutulan 3 aylıq cəlb etmə müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığı müəyyən olunur. Buna görə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Gəncə ŞBPİ-nin 3cü polis bölməsi tərəfindən Aygün Məmmədova barəsində inzibati tənbeh tətbiq edilə bilməzdi. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra Aygün Məmmədova barəsində inzibati tənbeh tətbiq edildiyi üçün şikayət təmin edilərək onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar