Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1030/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X8, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 24 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:12-də Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Donna Fen” qadın paltar mağazasında X2 vurub sağ qılça nahiyyəsinin qançırı və sağ əlin üst səthinin sıyrığı xəsarətləri yetirmişdir. Beləliklə də, Əliyev X7 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə ona məxsus “Donna Fen” adlı mağazada xalası oğlu Fəqan Babayev ilə ona məxsus mağazada satıcı işləmiş Vüsalə Nuriyevanın mübahisə etdikləri görüb, onları sakitləşdirməyə çalışmışdır. O, həmin vaxt Vüsalə Nuriyevaya heç bir xəsarət yetirməmişdir. X6 xalası oğlu Fəqan Babayevi vurmuşdur. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə “Donna Fen” adlı mağazada araalrında baş vermiş mübahisə zamanı Şəxs və Fəqan Babayev tərəfindən döyülmüşdür. Şəxs onu itələmiş və təpiklə ayağına zərbə endirmişdir. Hadisə zamanı müxtəlif bədən xəsarətləri almışdır. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 1032 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qılça nahiyyəsinin qançırı və sağ əlin üst səthinin sıyrığı - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X1 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 30 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tərəflərin əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Şəxs 1-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Donna Fen” qadın paltar mağazasında X4 ilə aralarında mübahisə yarandığını, bu zaman Vüsaləni vuraraq ona xəsarət yetirdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün polis orqanında verdiyi etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin orta həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(125)-1030/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1030/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver