Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1041/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X6 Xidmətinin Gəncə Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X6 Xidmətinin Gəncə Regional şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində Gəncə şəhəri Nizami prospekti 27 ünvanında yerləşən X7 kompleksində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada Pasport olmadan qeyri-qanuni avtovağzal fəaliyyəti ilə məşğul olunması faktı aşkar olunmuşdur. İnzibati icraat zamanı Şəxs şifahi izahatı alınmış, o izahatında torpaq sahəsinin sənədləşməsində problem olduğunu, problem aradan qaldırıldıqdan sonra pasport alacağını bildirmişdir. Məhkəmə iclasında X8 Xidmətinin Gəncə Regional Şöbəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə, inzibati xəta haqqında işə barəsində icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X8 Xidmətinin Gəncə Regional Şöbəsinin rəisi X12, aparıcı məsləhətçi X5, məsləhətçisi X4, "xxxx" MMC-nin X11 baş mütəxəssisi X9 və "xxxx" MMCnin direktori müavini X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X2 aparılan yoxlama zamanı avtovağzalın pasportu olmadan qeyri-qanuni olaraq fəaliyyət göstərdiyi aşkar edilmiş, bununla bağlı video və fotoşəkillər çəkilmişdir. İş materiallarına X7 kompleksinin və orada müxtəlif markalı avtobus, mikroavtobus və s nəqliyyat vasitələrinin sərnişinlərə və digər daşıyıcılara xidmət göstərilməsini əks etdirən foto şəkillər əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, VÖEN ********** olan "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxsdur. İş materiallarına əlavə edilmiş “Avtovağzal və daşıyıcı arasında qarşılıqlı münasibətlərin qurulmasına dair” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrin bir tərəfi daşıyıcı adlanan fərdi sahibkarlar, digər tərəfi isə Avtovağzal adlanan X7 "xxxx" MMC olmuşdur. Qeyd edilən müqavilələri "xxxx" MMC-nin adından Şəxs imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 2.1-ci maddəsinə əsasən avtovağzallar (avtostansiyalar) sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədi ilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində pasport olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması inzibati xəta haqqında protokol, xx.xx.2022-ci il tarixli akt, fotoşəkillər və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İXM-in 325.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X18
Məhkəmə qərarları › İş №3(125)-1041/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1041/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver