Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1042/2022 07.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X9 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Nuralı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Nuralı oğlu xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Hyundai Accent” minik markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi ilə hərəkətdə olan zaman “X14” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini pozaraq, yəni sürücü dönmə əməliyyatına başlamazdan öncə yolun hərəkət hissəsinin tam boş olmasına və hərəkətin digər iştirakçılarına yol verərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirib sol tərəf dönmə əməliyyatı aparmış, bu zaman əks istiqamətdən gələn sürücü X9 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Vaz 21074” minik markalı **- SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra VAZ- 21074 markalı avtomobil yolun sağına tərəf sürüşərək yolun sağ tərəfində dayanmış vəziyyətdə olan sürücü X1 məxsus “Mersedes Benz C200” minik markalı **-LD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəyərək dayanmış, nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü X3 əl pəncəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sol bazu nahiyəsinin səthi yaraları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmin avtomobildə olan sərnişin X2 isə sol yanaq nahiyəsinin və sol əl pəncəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sağ baldır nahiyəsinin qançırı, sol said, sol baldır nahiyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-in 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 xx.xx.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs Nuralı oğlu barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nuralı oğlu məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, “Hyundai Accent” minik markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində bacısını xəstəxanaya aparmalı olduğundan tələsdiyi üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi ilə hərəkətdə olub orada yerləşən Hərbi şəhərciyə sola dönmək istəyərkən onunla əks istiqamətdə hərəkətdə olan Vaz 2107 markalı avtomobilin hərəkət yolunda həmin avtomobilin sol yan hissəsindən vurmuş, daha sonra Vaz 2107 markalı avtomobil sürüşərək dayanmış vəziyyətdə olan Mersedes Benz markalı avtomobilə dəymişdir. Vaz 2107 markalı avtomobilin sürücüsünün sol qolunun sıyrıldığını, həmin avtomobildə olan sərnişinin isə sağ ayağının sıyrıldığını görmüşdür. Törətdiyi əməldən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 izahat verərək, bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi "Vaz 21074” minik markalı **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi ilə Ramada Plaza oteli istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan Hyunadi markalı avtomobilin sürücüsü qəflətən qarşısında gözləmədən sola dönmə əməliyyatı etmək istəyərkən idarə etdiyi avtomobilin qabaq sol tərəfindən vurmuş, daha sonra idarə etdiyi avtomobil sürüşərək sağ tərəfdə dayanmış Mersedes markalı avtomobilə dəymişdir. Həmin vaxt idarə etdiyi avtomobildə anası X6 olmuş, anası özünü narahat hiss etdiyindən hadisə yerinə gəlmiş TTY avtomobilinin həkim briqadası anasını müayinə etmiş və dirsəyinin sıyrığı olduğunu bildirmişlər. Bundan başqa o sağ dizindən, sol qolundan və bilək nahiyəsindən xəsarət almışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş, foto şəkillər çəkmişlər. Həmin vaxt o, heç bir xəsarət almamış, daha sonra polis əməkdaşları ilə sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə gedib həkim tərəfindən yoxlanmış və ayıq olmağı bilinmişdir. Hadisənin baş verməsinə səbəb Hyundai markalı avtomobilin yüksək sürətlə hərəkət edərək qəfil sola tərəf dönmə əməliyyatı etməsi və onun idarə etdiyi VAZ-2107 markalı avtomobili vurması olmuşdur. O, hazırda Şəxs Nuralı oğlu ilə barışıq əldə edə bilməmiş, ona dəymiş zərər isə ödənilməmişdir. Buna görə də Şəxs Nuralı oğluna inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 07 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs Nuralı oğlunun əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş AE 063071 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs Nuralı oğluna xx.xx.2020-ci il tarixdə B, CE və D kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 01 noyabr 2022-ci il tarixli 1952 nömrəli rəyindən görünür ki, X9 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əl pəncəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sol bazu nahiyəsinin səthi yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 01 noyabr 2022-ci il tarixli 1953 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol yanaq nahiyəsinin və sol əl pəncəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sağ baldır nahiyəsinin qançırı, sol said, sol baldır nahiyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 07 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sürücü Şəxs Nuralı oğlu hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Ədilov X13 Hərəkəti Haqqında Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs Nuralı oğlunun həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs Nuralı oğlunun əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs Nuralı oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs Nuralı oğlunun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Nuralı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Nuralı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X18 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1042/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1042/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver