Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1043/2022 22.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olsa da, hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş zərər çəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X11 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, təxminən 8 ilə yaxındır ki, avtomobil idarə edir. Onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 15 may 2022-ci il tarixdə, saat təxminən 20 radələrində o, dostu X1 məxsus VAZ-2105 markalı, **- BH-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Atatürk prospekti 259 ünvanında yerləşən binaların həyətinə getmişdir. Həmin vaxt avtomobili o idarə edirmiş, dostu Elvin İsmayılov isə qabaq sağ oturacaqda oturmuşdur. Onun həmin yerə girməkdə məqsədi, binanın giriş yerində dayanmış dostunun avtomobilindən flaş kart götürmüşdür. Bundan sonra isə binanın həyətinə girib avtomobili çevirib getmək istəyirdi. Buna görə də o, avtomobili binaların həyətinə sürüb əvvəlcə girən kimi sol tərəfdə olan binanın qabağına tərəf avtomobilin qabaq tərəfini vermişdir. Sonra isə arxaya baxaraq avtomobili arxa tərəfə doğru hərəkət etdirməyə başlamışdır. O, avtomobili arxaya tərəf hərəkət etdirən vaxt velosipetlə iki nəfər uşağın gəldiyini görmüşdür. O, həmin uşağın onu görən vaxt velosipeti saxlayacağını və ya kənardan keçəcəyini fikirləşərək hərəkətini davam etdirmişdir. Lakin həmin vaxt adını sonradan bildiyi Nizami Alıkişiyev adlı şəxs velosipedlə onun idarə etdiyi avtomobilin arxa tərəfinə dəymişdir. Bundan sonra o, tez avtomobili saxlamış, avtomobildən düşən kimi avtomobilin qabaq sağ oturacağında oturmuş dostu Elvin İsmayılovda avtomobildən düşmüşdür. Onların hər ikisi uşağa yaxınlaşmış və uşağın ayağında xəsarət olduğunu görmüşdür. Bundan sonra isə aptekdən yod, pambıq və bint alaraq yarasını təməzlətmək üçün evlərinə aparmışlar. O, Nizami Alıkişiyevi evlərinin qapısından valideynlərinə təhvil verərək velosipdlə onun idarə etdiyi avtomobilin arxa tərəfinə dəydiyini bildirmişdir. Sonra isə özü binanın həyətinə düşmüş, bir qədər sonra uşağın valideyni də binanın qarşısına gəlmiş və o, hadisə barədə məlumat vermişdir. Sonra uşağın valideyni evə getmiş, o da getmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları Elvin İsmayılova zəng vurub polisə dəvət etmişlər. O da Elvinlə bir yerdə polisə gəlib hadisə barədə məlumat vermişdir. Həmçinin Şəxs izahatında göstərmişdir ki, hadisədən əvvəl avtomobili arxaya tərəf hərəkət etdirirmiş. Həmin vaxt onun idarə etdiyi avtomobilin surəti təxminən 5-10 km/saat surət olmuşdur. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Onun idarə etdiyi avtomobildə bir nəfər sərnişin olmuşdur. O, hadisə vaxtı velosipetçi Nizami Alıkişiyevi idarə etdiyi avtomobili arxaya tərəf hərəkət etdirərkən maşına dəyən vaxt görmüşdür. Araşdırma zamanı izahatı alınmış X3 izahatında göstərmişdir ki, Gəncə şəhər 4 saylı tam orta məktəbin 4-cü sinifində oxuyur. O, dərslərdən sonra boş olan vaxtlarında yaşadığı binanın həyətində velesiped sürürmüş. O, binanın həyətində velosiped sürən vaxt ətrafa baxırmış. Əgər həyətdə hərəkətdə olan avtomobil olanda isə kənarda dayanıb həmin hərəkətdə olan avtomobilin keçməsini gözləyirmiş. 15 may 2022-ci il tarixdə, saat təxminən 20 radələrində o, yenə yaşadığı binanın həyətində velosiped sürürmüş. O, binanın həyətində velosiped sürən vaxt əvvəlcə hərəkətdə olan avtomobil olmamışdır. Sonra yan binanın qarşısında dayanmış ağ rəngli VAZ-2107 markalı avtomobil arxaya tərəf hərəkət edərək onun velosipedinə dəymişdir. Zərbədən o, yerə yıxılmışdır. O, yerə yıxılan kimi VAZ- 2107 markalı avtomobil dayanmış, maşının sürücüsü və yanında oturan şəxs maşından düşüb onun yanma gəlmişlər. Sonra onlar onun evinin yerini soruşub onu evinə aparmışlar. Bundan sonra onun ayağı ağrıdığı üçün atası xəstəxanaya aparmış və xəstəxanada ona yardım etmişlər. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1663 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol baldır nahiyəsinin əzilmiş yarası - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hisəsində göstərilən tarixə yəni, xx.xx.20225-ci il tarixə uyğun gəlir və sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi kimi nəzərə alır (İXM 32.1.1). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(125)-1043/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1043/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver