Məhkəmə qərarları › İş №3(125)-1045/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1045/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1045/2022 14.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X2 bildirdi ki, xx.xx.1983-cü il təvəllüdlü, orta təhsilli, subay, məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3762/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək yaranmış 14060 manat aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni ləblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs atası sağlığında onların kommunal xərclərini ödəmiş və uşaqların bazarlıqlarını etmişdir, lakin Razim özü məsuliyyətsizdir. Belə ki, o, uzun müddətdir aliment borcundan heç bir ödəniş etməmişdir. O, neçə illərdir uşaqlarını tək başına öz hesabına çətinliklə böyütmüşdür. Sonda o, borcunu ödəmədiyi üçün məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onlar Zərərçəkmiş şəxs ilə rəsmi boşansalar da, birgə yaşamışlar. O, hər ay 160 manat kirayə haqqını vermiş və evin bütün ehtiyaclarını qarşılamışdır. Lakin onun əlində rəsmi qəbzlər yoxdur. Hazırda o, işsiz olduğu, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - Gəncə Apelyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(104)-3762/19 saylı icra vərəqəsindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi, alimentin tutulması 23 aprel 2019-cu il tarixdən hesablanması qəbul edilmişdir. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X2 xx.xx.2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Apellyasiya Məhkəməsinin 2(104)-3767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Apellyasiya Məhkəməsinin 2(104)-3767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2022-ci il tarixli sonuncu xəbərdarlıq məktubundan görünür ki, Şəxs Apellyasiya Məhkəməsinin 2(104)-3767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Şəxs xx.xx.2022-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, Zərərçəkmiş şəxs ilə birgə yaşadığı qazancının hamısını ailəsinə və uşaqlarına xərclədiyi üçün aliment pulu ödəməmişdir. - Şəxs xx.xx.2022-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, Zərərçəkmiş şəxs ilə boşansa da, onunla birgə yaşamış evin kirayə haqqını hər ay 160 manat ödəmiş, eyni zamanda uşaqların bazarlığını və xərclik pullarını vermişdir. Lakin onun əlində rəsmi qəbz yoxdur. Hazırda işsiz olduğu üçün ödəniş edə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq alimentin bir qismini hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə maddi imkanı olmadığını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Həmçinin məhkəmə tərəfindən ödəniş edilməsi üçün ona vaxt verilsə də, heç bir ödəniş etməmişdir. O, keçən müddət ərzində uşaqlarına bazarlıq etdiyini, kirayə haqqlarını ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar